Accessibility links

Breaking News

Blinken və Böyük Yeddilər Ukrayna mövzusunda birlik sərgiləyir


Dövlət katibi Antoni Blinken bəyan edib ki, Böyük Yeddilər (G7) ölkələrinin başçılığı ilə müttəfiq və tərəfdaşlardan ibarət koalisiyaya fevral ayından bəri öz xalqını Rusiyanın işğalına qarşı müdafiə edən Ukraynaya hərbi dəstək verib.

“Biz Rusiya ordusunun müharibə aparmaq qabiliyyətinə birbaşa təsir edən görünməmiş sanksiyalar və ixrac nəzarəti tətbiq etmişik. Böyük qismi G7 vasitəsilə koordinasiya edilən bu səylər Ukraynanın döyüş meydanındakı bacarıqlarını gücləndirib və Rusiyanın imkanlarını zəiflədib. Onlar həm də Ukraynanın bu müharibədə momentum qazanmasının əsas səbəbidir”.

G7 həmçinin Rusiya prezidenti Vladimir Putinin müharibəsini dəstəkləyənlərə sanksiyalar tətbiq etmək üzərinə işləyir. Buna İran daxildir ki, onun döyüş dronları Ukrayna vətəndaşlarını öldürür və mülki infrastrukturu məhv edir, habelə Krımda olan hərbçiləri Rusiyaya bu qəddar hücumları həyata keçirməkdə kömək edir.

G7 Ukraynaya iqtisadi və humanitar dəstək verir, çünki Rusiya Ukraynanın kritik enerji infrastrukturunun təxminən 40 faizini, o cümlədən bu qış sakinləri istiliklə təmin etmək üçün mühüm olan elektrik şəbəkəsini zədələyib. “Belə görünür ki, Prezident Putin Ukraynanı güclə ələ keçirə bilməsə, onu donduraraq boyun əydirməyə çalışacaq” - deyə, dövlət katibi Blinken bildirib. G7 Ukraynanın enerji şəbəkəsinin təmiri, bərpası və müdafiəsi üçün yeni koordinasiya qrupu yaratmağa razılaşıb.

Katib Blinken qeyd edib ki, hər bir G7 ölkəsi bu kritik dəstəyi davam etdirmək üçün qurbanlar verir. Misal üçün, enerji sahəsində, ABŞ Avropaya 60 milyard kubmetr maye qaz ixrac edib. "Bu, 2021-ci ildə ixrac etdiyimizdən təxminən 2.5 dəfə çoxdur və dostlarımızı qışa gedərkən həyat üçün vacib olan ehtiyatla təmin edəcək."

Dünyanın aparıcı demokratik ölkələri Rusiyanın təcavüzünə qarşı mübarizə aparan Ukraynanı dəstəkləmək və müdafiə etmək üçün birlikdə işləməyə davam edir.

XS
SM
MD
LG