Accessibility links

Breaking News

Blinken Berlində NATO-nun iclasında iştirak edib


Antoni Blinken
Antoni Blinken

NATO-nun xarici işlər nazirlərinin Berlində keçirilən qeyri-rəsmi toplantısında ABŞ Dövlət katibi Antoni Blinken Alyansın "demokratik, müstəqil və suveren Ukraynanı dəstəkləməyə sadiq qaldığını" bir daha təsdiqləyib.

"Rusiya prezidenti Vladimir Putin bu müharibəyə Ukraynanı müstəqil ölkə kimi aradan qaldıra və NATO-nu parçalaya biləcəyini düşünərək başlayıb. O, yalnız Ukraynanın suverenliyini və müstəqilliyini gücləndirib, çünki Ukrayna Rusiya ordusunu Kyivdən qovub" - deyə, dövlət katibi Blinken bəyan edib,

"Alyansın hər bir üzvü bu müharibəni mümkün qədər tez bitirmək istəyir" deyən Blinken "eyni dərəcədə Ukraynaya təhlükəsizlik yardımımızı davam etdirmək, sanksiyalarımızı, ixraca nəzarətimizi və diplomatik təzyiqlərimizi davam etdirmək əzmindəyik"- deyə, bildirib.

"Birləşmiş Ştatlar, müttəfiqlərimiz və tərəfdaşlarımız Ukraynaya döyüş meydanında və istənilən danışıqlar masasında mümkün qədər güclü əl verməyə hazırdırlar ki, o, Rusiyanın təcavüzünü dəf edə, müstəqilliyini və suverenliyini tam müdafiə edə bilsin”.

Birləşmiş Ştatlar, onun müttəfiqləri və tərəfdaşları Ukraynadan qaçan 6 milyondan çox qaçqına yardıma "güclü transatlantik reaksiya göstərir", Blinken deyib.

"Birləşmiş Ştatlar Ukrayna vətəndaşlarını qəbul edən ölkələrə mühüm dəstək və xidmətlərin göstərilməsi üçün milyonlarla dollar yardım göstərib. Ölkələrimiz Rusiyanın təcavüzündən qaynaqlanan qlobal ərzaq qıtlığı və müşahidə etdiyimiz ərzaq qiymətlərinin artımı kimi daha geniş nəticələrin aradan qaldırılması üçün bir araya gəlir. Biz bilirik ki, Ukraynanı dəstəkləməklə biz həm də qlobal sülh və təhlükəsizliyin təməli olan suverenlik və müstəqillik prinsiplərini müdafiə edirik. Amerikalı diplomatlar bir neçə həftə Polşada işlədikdən sonra Ukraynaya qayıdıblar. Biz Kyivdəki səfirliyimizi yenidən açırıq. . .və biz tezliklə fəaliyyətimizi bərpa edəcəyik" - deyə, Dövlət katibi Blinken bildirib.

Blinken, həmçinin NATO-nun Açıq Qapı siyasətini və bütün ölkələrin öz gələcəklərini, siyasətlərini və təhlükəsizlik tənzimləmələrini müəyyən etmək hüququnu təsdiqləyib. Belə ki, Birləşmiş Ştatlar İsveç və Finlandiyanın alyansa rəsmi NATO müraciətlərini güclü şəkildə dəstəkləyir.

Birləşmiş Ştatlar NATO-nun iyun ayında Madriddə keçiriləcək sammitini səbirsizliklə gözləyir, o zaman alyans hazırkı təhlükəsizlik mühitini təsvir edəcək və qurumun prezident Putinin təcavüzü, eləcə də aqressiyası qarşısında transatlantik təhlükəsizliyi necə təmin edəcəyini və gücləndirəcəyinə, növbəti onillikdə digər təhlükələr və çağırışlara dair yeni Strateji Konsepsiyasını dərc edəcək.

XS
SM
MD
LG