Accessibility links

Breaking News

Blinken Litvada


Bu il Bİrləşmiş Ştatlar və Litva diplomatik münasibətlərin bir əsrlik yubileyini qeyd edirlər. “Biz NATO müttəfiqləriyik. Biz iqtisadi tərəfdaşıq. Biz birlikdə demokratiyaya, insan hüquqlarına və beynəlxalq qaydalara əsaslanan nizama dərin sadiqliyimizi bölüşürük,” Dövlət Katibi Antoni Blinken bu yaxınlarda Baltikyanı ölkəyə səfəri zamanı söyləyib.

Litvalılar azadlıq, suverenlik və ərazi bütövlüyünün vaicbliyini dərk edirlər, çünki özləri onillər boyu Sovet işğalı altında yaşayıblar. Hazırkı böran fonunda Birləşmiş Ştatlar və Litva Ukraynaya dəstək olmaq qətiyyətini bölüşürlər. “Biz Ukraynaın özünü müdafiə etmək bacarığını gücləndirmək üçün təhlükəsizlik yardımını artırırq. Biz Ukrayna xalqına humanitar yardımı artırıq…və biz özümüz və müttəfiqlərimizin hər hansı təhlükəyə hazır olmağımız üçün ortaq müdafiəmizi gücləndiririk,” Dövlət katibi Blinken bəyan edib.

Birləşmiş Ştatların NATO müqaviləsinin hər hansı NATO müttəfiqinə hücumun bütün müttəfiqlərə hücuma bərabər olduğunu bəyan edən 5-ci maddəsinə sadiqliyi müqəddəs olaraq qalır. “Heç kim bizim hazırlığımıza şübhə etməməlidir,” Blinken deyib. “Heç kim bizim qətiyyətimizə şübhə etməməlidir,” o əlavə edib.

Birləşmiş Ştatlar müttəfiqlərinə Ukraynanı ABŞ-da istehsal olunan müdafiə avadanlıqları ilə təmin etməyə icazə verib. Litva Ukrayna xalqına yardım etmək üçün Stinger təyyarə əleyhinə raketlər, M-71 tank əleyhinə yüngül silahlar və başqa təchizatlar göndərib. Vilnüs həmçinin Ukraynaya fövqəladə tibbi yardım üçün 4 milyon avro göndərir.

Litvaya qaçan ukraynalılar son illərdə Ruisya və Belarusda təqiblər, zorakılıq təhlükəsi və ağır həbs cəzalarından qaçmağa məcbur qalan yüzlərlə korrupsiya əleyhinə fəala, müxalif namizədlərə, jurnalistlərə və insan hüquqları müdafiəçilərinə qoşulacaqlar.


Vilnüs həmçinin belaruslu blogger və dissident Roman Protaseviçə ötən may ayınadək sığınacaq vermişdi. Həmin zaman isə Protaseviç və onun yoldaşının olduğu təyyarə Minskə enməyə məcbur edilmişdi və onlar orada ixtiyari şəkildə həbs edilmişdilər. ABŞ onun və Rusiya və Belarusda ədalətsiz şəkildə həbs olunan bütün insanların dərhal sərbəst buraxılmasına çağırır.

Litva hökuməti hər hansı yerdə qaydalara əsaslanan beynəlxalq nizama təhlükənin onu hər yerdə zəiflətmək potensialına sahib olduğunu anlayır. Buna görə də, Birləşmiş Ştatlar Litvanın demokratik Tayvanlar mədəni və ticarət əlaqələrini genişləndirmək qərarını dəstəkləyir.

Birləşmiş Ştatlar Litva və hər bir ölkənin öz yolu seçmək hüququnu dəstəkləyir. Litva bu prinsipləri dəstəkləməyə davam etdiyi təqdirdə Birləşmiş Ştatların Litvanın yanında olacağına arxayın ola bilər.

XS
SM
MD
LG