Accessibility links

Breaking News

Blinken qarşıdan gələn Madrid Sammiti haqqında


NATO
NATO

Madriddə keçiriləcək NATO sammitində alyans yeni strateji konsepsiya qəbul edəcək. Strateji konsepsiya üzləşilən təhdidləri və çağırışları vurğulamağa və NATO-nun gələcək adaptasiyası kursunu təyin etməyə yönəlmiş sənəddir.

Yeni Konsepsiya kiberməkanda zərərli fəaliyyət, strateji rəqiblərin qaydalara əsaslanan beynəlxalq nizamı zəiflətmək səyləri və iqlim dəyişikliyinin təhlükəsizlik nəticələri daxil olmaqla, çağırışları həll edəcək. Ukraynaya gəlincə, Birləşmiş Ştatlar çox lazımlı yardımı göndərməkdə davam edəcək.

Dövlət katibi Antoni Blinken bu yaxınlarda keçirdiyi mətbuat konfransında deyib: "Prezident Bayden Ukraynanı Rusiyanın davam edən təcavüzündən müdafiə etmək üçün lazım olan qabaqcıl silahlarla təchiz edəcək əhəmiyyətli və yeni təhlükəsizlik yardım paketi elan edib. Biz Ukraynaya əhəmiyyətli miqdarda silah və sursat göndərmək üçün sürətlə hərəkət etdik ki, onlar Rusiyanın təcavüzünü dəf edə bilsinlər və öz növbəsində ortaya çıxa biləcək istənilən danışıqlar masasında mümkün olan ən güclü mövqedə ola bilsinlər".

NATO müttəfiqləri digər tərəfdaşlarla birlikdə görünməmiş sanksiyalar, ixrac nəzarəti və diplomatik təzyiqlərlə Rusiya hökuməti və onun tərəfdarlarına ağır təzyiq göstərib. Təxminən 7 milyon ukraynalı vətənlərini tərk etmək məcburiyyətində qalıb, bir çoxu Ukrayna daxilində didərgin düşüb.

ABŞ da daxil olmaqla, bütün Avropa və ondan kənar ölkələr zorakılıqdan qaçan ukraynalıları qəbul edib. NATO güclü kibermüdafiə vasitələri, qabaqcıl texnologiya və dünya ölkələri ilə gücləndirilmiş tərəfdaşlıq ilə bu kimi çətinliklərlə üzləşməyə hazırdır.

"Biz NATO ərazisinin hər qarışını qoruduğumuzdan əmin olmalıyıq. Müharibə başlayandan biz NATO-nun şərq cinahına 20 mindən çox əlavə hərbçi yerləşdirmişik. Bir çox müttəfiq də Şərqi və Cənub-Şərqi Avropada hərbi mövcudluğunu artırır. Keçən ay NATO-nun iki uzunmüddətli tərəfdaşı olan Finlandiya və İsveç NATO-ya üzv olmaq qərarına gəlib. Birləşmiş Ştatlar Finlandiya və İsveçin müraciətlərini güclü şəkildə dəstəkləyir. Hər iki ölkə ən qısa zamanda alyansın tamhüquqlu üzvü olmağa layiqdir . NATO-ya daxil olmaqla, onlar NATO-nu gücləndirəcək. Biz onları tezliklə tarixin ən güclü müdafiə ittifaqına qoşulmasını səbirsizliklə gözləyirik" - deyə, Blinken bildirib.

Birləşmiş Ştatlar NATO-nun güclü, davamlı və bu gün və gələcəkdə çağırışlara hazır olmasını təmin etmək üçün Madriddə keçirilən NATO Sammitində müttəfiqlərlə birlikdə olmağı səbirsizliklə gözləyir.

XS
SM
MD
LG