Dövlət katibi Antoni Blinken bu yaxınlarda Ukraynaya səfəri zamanı Amerikanın dəstəyinin daha davamlı olmasını təmin etmək məqsədilə Ukraynanın – ordu, iqtisadiyyat, demokratiya baxımından – öz ayaqları üzərinə durması üçün planı açıqlayıb.
“Birincisi, biz Ukraynanın döyüş meydanında uğur qazanmaq, ədalətli və davamlı sülh əldə etmək və gələcəkdə aqressiyaların qarşısını almaq üçün ehtiyacı olan orduya malik olmasını təmin etməyə kömək edirik,” o deyib.
“Bizim məqsədimiz o qədər güclü təməl qoymaqdır ki, Ukraynanın ərazisini ələ keçirməyə cəhd edənləri cəzalandırmaq qabiliyyəti ilə bağlı bütün şübhələri aradan qaldırsın,” dövlət katibi Blinken deyib. Buna nəticədə NATO-ya üzvlük daxildir.
“İkincisi biz, Ukrayna iqtisadiyyatının təkcə ayaqda qalmasını deyil, inkişaf etməsini təmin edəcəyik,” dövlət katibi Blinken deyib. Ancaq “Bizim hökumətimizin və başqalarının Ukrayna infrastrukturuna, innovasiyaların, xalqına sərmayə qoyacağı bütün resurslara rəğmən,” Ukraynanın iqtisadi transformasiyası son nəticədə özəl sektordan asılı olacaq.”
“Biz Ukraynaya xüsusilə də texnologiya, enerji, kənd təsərrüfatı, müdafiə kimi dinaik sənayelərə daha çox özəl investisiya cəlb etməyə yardım etmək üçün səylərimizi sürətləndiririk,” o deyib. “Biz Ukraynada biznes aparmaqla əlaqələri xərcləri azaltmağa kömək edirik. Müharibə riski sığortasının təmin edilməsi sayəsində, bu gün Qara dəniz vasitəsilə müharibədən öncə ilə müqayisədə daha çox taxıl ixrac olunur. ”
Nəhayət, dövlət katibi Blinken deyib ki, ABŞ Ukrayna xalqına demokratik istəklərini tam şəkildə həyata keçirməyə kömək edəcək:
“Ona görə də biz, Ukraynanın seçki infrastrukturunu dəstəkləmək üçün hökumət və vətəndaş cəmiyyəti qrupları ilə işləyirik. Beləliklə, ukraynalılar şərtlərin imkan verdiyinə razılaşan kimi, bütün ukraynalılar, o cümlədən Rusiyanın təcavüzü nəticəsində didərgin düşənlər seçmək hüququndan istifadə edə bilərlər. Ukrayna və dünya boyu insanlar səsvermə prosesinin azad, ədalətli və təhlükəsiz olduğuna əmin ola bilərlər.”
“Ukraynalıların ruhu bomba ilə məhv edilə və ya kütləvi məzarlığa basdırıla bilməz. Onu rüşvətlə satın almaq və ya təhdidlə yatırmaq mümkün deyil,” Blinken deyib. “Buna görə də, müvəffəq olacaq.”