Accessibility links

Breaking News

2020-ci il Rusiyada İnsan Haqlarının durumu ilə bağlı hesabat


Dövlət Departamentinin ən son İnsan Haqları Hesabatının bildirdiyinə görə, Rusiyada yüksək dərəcədə mərkəzləşdirilmiş avtoritar siyasi sitem mövcuddur və bu sistem altında 2020-ci ildə genişmiyaslı insan haqları pozuntuları həyata keçirilib. Onların çoxu isə cəzasız qalıb.

Rusiya hökuməti və ya onun agentlərinin ixtiyari və ya qanunsuz qətllər həyata keçirdiyi və ya həyata keçirməyə cəhd etdiyinə dair bir sıra məlumatlar olub. Bunlardan ən çox bilinəni müxalifət fəalı və korruspiayay qarşı mübarizə aparan Aleksey Navalnının 2020-ci ilin avqust ayında Noviçok qrupundan sinir agenti ilə zəhərlənməsi olub.

Bundan əlavə Rusiya rəsmilərinin siyasi məhbusları, habelə insanları siyasi səbəblərlə saxlayıb, mühakimə etdiklərinə dair etibarlı xəbərlər də olub. Siyasi məhbusların sərt həbs şəraitində saxlandıqları, bəzi hallarda isə təcridxanaya və ya cəza məqsədilə psixiatrik bölmələrə göndərildikləri deyilib.

Memorial insan haqları təşkilatının siyasi məhbus siyahısında dekabr ayında 358 rusiyalının adı hallanıb. Memorial ölkədəki siyasi məhbusların həqiqi sayının isə bundan iki və ya üç qat daha çox olduğunu təxmin edir.

Rusiya hökuməti həmçinin öz ərazisindən kənarda, o cümlədən Krım Yarımadasında krım tatarlarına və başqa dini və etnik azlıqlara qarşı ciddi hüquq pozntuları edib. Rəsmilər Krımdan olan Ukrayna vətəndaşlarının çoxunu siyasi motivli həbs edib, saxlayıb və ya mühakimə edib. Onların çoxu işgəncəyə məruz qaldıqlarını bildirib. Ukraynanın şərqində Rusiya hökumərti Rusiyanın başçılıq etdiyi qüvvələri silahlandırmağa, onlara təlim keçməyə, rəhbərlik etməyə və onlarla birgə döyüşməyə davam edib. Etibarlı müşahidəçilər Ukraynanın Donbas regionunda Rusiyanın başçılıq etdiyi qüvvələrin minlərlə mülki vətəndaşın ölümünə və ya yaralanmasına səbəb olduğunu bildirib.

Rusiya hökuməti mediaya sərt nəzarət edir. Dövlət Departamentinin illik insan haqları hesabatına əsasən, televiziya, qəzet və ineternetdə xüsusilə də hökumət və onun yürütdüyü siyasətə qarşı tənqidi fikirlərlə bağlı sensuzra və ya özünüsenzura halları geniş yayılıb.Hökumət insan haqları müdafiəçiləri və dinc etirazçılara qarşı hücumları araşdırmamaq və ya təqib etməməklə toplaşmaq azadlığını boğmağa davam edib.

Rusiya hökuməti ölkədə ekstremizm sözündə geniş miqyasda sui-istifadə etməyə davam edərək, toplaşmaq, din və etiraz azadlıqlarını boğub. 2017-ci ildə Ali Məhkəmə Yehovanın Şahidləri dini təşkilatının üzvlərini fəlaiyyətlərinə görə cinayət məsuliyyətinə cəlb etməyə icazə verib və bununla da ölkə boyu Yehovanın Şahidlərinin bütün qanuni fəaliyyətini və ibadətlərini qadağan edib. Yehovanın Şahidlərinin üzvləri “qadağan olunmuş ekstremist təşkilatında” iştiraka görə həbsə, ev həbsinə, cinayət təhqiqatına məruz qalıblar.

“Rusiya daxil olmaqla hər hansı bir ölkə fundamental haqlara xələ gətirməyə çalışsa biz ona qarşı çıxacağıq,” Dövlət katibi Antoni Blinken bildirib.

XS
SM
MD
LG