Accessibility links

Breaking News

CITGO-6-nın həbsinin ildönümü


citgo 6
citgo 6

Noyabrın 21-də Citgo 6-ın ədalətsiz şəkildə Venesuelanın ən təhlükəsi həbsxalarına göndərilməslərindən üç il ötdü. Tomeu Vadell, Xose Luis Zmbrano, Alirio Zambrani, Xorhe Toledo, Qustavo Kardenas və Xose Pereiranın daxil olduğu və CITGO-6 adı ilə tanınan bu qrup biznes görüşləri üçün Karakasa çağırılıb, orada nahaqdan maskalı təhlükəsizlik agentləri tərəfindən saxlanılıblar.

Hyustonda qərargahlanan CITGO Neft Şirkətinin altı icraçısı heç bir qanunsuz mühakimə olmadan və onlara qarşı heç bir dəlil irəli sürülmədən üç il Venesuelada həbsdə qalıblar. Altı amerikalıdan ikisi Kardenas və Toleda bu ilin iyul ayında ev dustaqlığına buraxılıb.

CITGO 6 hazırda korrupsiya ittihamı ilə saxlanılırlar. Bİr çoxları onların ABŞ-la Venesuela arasında münasibətlərin pisləşməsinin ardından Nikolas Maduronun qanunsuz rejimi tərəfindən siyasi alver predmeti kimi istifadə olunduğunu düşünür.

Həbs olunmuş şəxslər COVID-19-a yoluxsalar sağlamlıqlarına ciddi təhlükə ilə üzləşə bilərlər. Əslində onlardan birinin artıq virusa yoluxduğu düşünülür.

ABŞ höküməti dəfələrlə CITGI-6-nın qeydsiz-şərtsiz sərbəst buraxılmalarına və Bİrləşmiş Ştatlara geri göndərilmələrinə çağırıb. “Bu altı amerikalı və onların ailələri kifayət qədər uzun müddət əziyyət çəkiblər,” dövlət katibi Mayk Pompeo bu yaxınlarda bəyanatda bildirib.

“Artıq Maduronun siyasəti kənara qoyub, bu ailələrin qovuşmalarına icazə vermək vaxtı gəlib. Heç kəs prezident Trampın xaricdə girov saxlanan və ya nahaq yerə həbs olunan ABŞ vətəndaşlarını vətənə geri gətirmək öhdəliyinə şübhə ilə yanaşmamalıdır.”

Katib Pompeo əlavə edib ki, “Girov Məsələləri üzrə prezidentin xüsusi elçisi Rocer Karstens, Venezuela üzrə xüsusi nümayəndə Elliot Abrams və mən CITGO-6-nın sərbəst buraxılmalarını təmin etmək missiyasını davam etdirəcəyik və bu məqsədə çatmaq üçün əlimizdən gələni edəcəyik.”

XS
SM
MD
LG