Birləşmiş Ştatları iqlim dəyişikliyini azaltmaq yoluna döndərmək Prezident Co Baydenin gündəminin ən başında gəlir. Yeni Prezident vəzifəsinin ilk günündə Paris Razılığına geri dönmək üçün təcili addım atdı. Daha sonra Prezident and içərək vəzifəsinin icrasına başlayandan bir neçə gün sonra ölkə daxilində və xaricdə iqlim böhranına qarşı mübarizə məqsədilə bir neçə sərəncam imzaladı və hökumətin yürütdüyü siyasətə böyük dəyişikliklər etdi.
Lakin iqlim dəyişikliyi qətiyyətli beynəlxalq əməkdaşlıq olmadan idarə oluna bilməyən qlobal problemdir. Con Kerri Prezident Baydenin İqlim üzrə Xüsusi Elçisidir. O, yanvarın 27-də Davos Dünya İqtisadi Forumunun virtual iclasında çıxış edib:
“Biz hər bir ölkədən, hər bir sahədən daha böyük həvəs yaratmaq və ehtiyacımız olan təmiz enerji gələcəyinin qlobal miqyasda olması üçün ölkəni hərətə gətirməklə bağlı beynəlxalq strategiya yaratmasaq ölkədaxili tədbirlərin kifayət olması mümkün deyil.”
ABŞ-ın Milli Aeronavtika və Kosmos Administrasiyasının (NASA) bildirdiyinə görə, 2020 dünyada ən isti il olaraq tarixə keçib. Dövlət katibi Kerri deyib ki, qlobal temperaturların sənaye dövründən öncəki səviyyədən 1.5 dərəcə artmasının qarşısını almaq üçün “biz 2020-ci ilədək qlobal emissiyaları yarıya endirməliyik.” Bir çox ekspert faciəvi zərərin qarşısını almaq üçün bunun mühüm olduğunu düşünür.
“Bu o deməkdir ki, biz kömürdən istifadəni əvvəlkindən beş qat daha sürətli şəkildə dayandırmalıyıq, ağacların olduğu əraziləri beş qat tez artırmalıyıq və elektrik maşınlara 22 qat daha sürətli keçməliyik”
“Əgər biz planlaşdırıb, sərmaye qoyub, bazar gücündən istifadə etsək, bütün bunlar əlçatan olacaq,” katib Kerri deyib:
“Biz iqlim dəyişikliyini inkar edənlərin və mübarizəni ləngidənlərin bunun həyat keyfiyyəti ilə bu problemin həlli arasında bir seçim olduğuna dair iddialarından uzaqlaşmalıyıq. Nailliyət yolu ən yüksək qlobal ixtiraçılıq, yaradıcılıq və diplomatiyaya əl atmaqdan keçir. Biz istədiyimizə nail olmaq üçün beyin gücündən tutmuş alternativ enerji gücündən istifadə etməliyik. Sıfır emissiyalı gələcək bizneslər və təmiz, yaşıl iş yerlərini inanılmaz iqtisadi inkişaf imkanı ilə təmin edir.”
“Bizim boşuna sərf edəcək vaxtımızın olmadığını demək ədalətli olar,” katib Kerri bildirib. “Bütün dünya problemi həll etmək üçün bu masanın arxasında oturmalıdır.”