Accessibility links

Breaking News

Rusiyanın Ukraynadakı təcavüzünə qarşı mübarizə


ABŞ-ın müdafiə naziri Lloyd Austin
ABŞ-ın müdafiə naziri Lloyd Austin

Misli görülməmiş ölkələr koalisiyasının nümayəndləri Rusiya hökumətinin Ukraynaya qarşı təcavüzünə qarşı davamlı səylərini müzakirə etmək üçün bu yaxınlarda Brüsseldə görüşüblər.

“İlk dəfə olaraq, Birləşmiş Ştatların Hind-Sakit Okean regionundakı müttəfiqləri – Avstraliya, Yaponiiya, Yeni Zelandiya və Koreya Respublikalarının xarici işlər nazirləri qrup halında NATO nazirlərinin görüşündə iştirak ediblər. Onlarla yanaşı Gürcüstan, Finlandiya, İsveç və Ukraynanın da nazirləri, habelə Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi də görüşdə iştirak edib,” dövlət katibi Antoni Blinken deyib.

“Bütün bu müttəfiqlər və tərəfdaşların iştirakı dünya boyu Ukraynanın yanında və Rusiya hökumətinin təcavüzünə qarşı birləşən dünya ölkələrindən – moskvanın təkcə bir ölkəyə deyil, bütün beynəlxalq qaydalara əsaslanan nizamına hücum etdiyini dərk edən ölkələrdən - ibarət olduqca geniş koalisiyanın olduğunu vurğulayır.”

“Buça və Ukraynanın digər hissələrindən gələn acı görüntülər və məlumatlar bizim kollektiv əzm və birliyimizi yalnız gücləndirdi,” Dövlət katibi Blinken deyib.

“Hər Buça üçün rus əsgərlərinin hazırda daha çox vəhşiliklər törətdiyini güman etməli olduğumuz Rusiyanın artıq işğal etdiyi və işğal etməyə davam etdiyi daha çox şəhər və yerlər var.”

Müttəfiqlər və tərəfdaşlar “bu təcavüzü dayandırmaq, Ukraynaya dəstək olmaq və məsuliyyət daşıyanları cavabdeh tutmaq üçün” bir sıra addımlar atırlar.
Birincisi biz Rusiyanın maliyyə institutlarına və bir neçə şəxsə, o cümlədən Vladimir Putinin yetkin övladlarına qarşı sanksiyaların artdığını görürük.”

İkincisi, biz təhlükəsizlik və silahlanmaya əlavə 800 milyon dollar verməklə Ukraynaya özünü müdafiə etməyə yardım edirik. Biz həmçinin Ukrayna xalqını və müharibədən qaçanları humanitarla təmin etməyə davam edirik.

Biz vəhşiliklərə dair sübutların toplanmasına, qorunmasına və təhlilinə kömək etmək və bu məlumatları müvafiq istintaq orqanlarına təqdim etmək üçün ukraynalı tərəfdaşlarımızla işləyirik.

Biz NATO müttəfiqlərimizin kollektiv təhlükəsizliyini dəstəkləməyin və Bosniya və Herseqovina kimi Rusiyanın pisniyyətli təsiri və Gürcüstan kimi təcavüz təlhükəsinə açıq tərəfdaşlarımıza dəstəyi artırmağın yeni yollarını axtarırıq.

Nəhayət, biz sürətlə dəyişən mənzərəni əks etdirmək üçün Transatlantika təhlükəsizliyini lazımi şəkildə təqdim edəcək NATO-nun yeni Strateji Konsepsiyası hazırlayırıq.

“Rusiya hökümətinin gördüyü işlər ikrah hissi doğurur,” Blinken deyib. “İndi Ukraynanın yanında olmaq, Moskvanın alt-üst etməyə çalışdığı beynəlxalq nizamı möhkəmləndirmək və canlandırmaq, insanların törətdikləri cinayətlərə görə cavabdeh tutulduqlarından əmin olmaq əzmi hər zamankindən daha güclüdür.”

XS
SM
MD
LG