Birləşmiş Ştatlar din və ya inanc azadlığına sadiq qalmaqdadır.
Dövlət katibi Antoni Blinken deyib: “Dünyanın bir çox yerində hökumətlərin insanları sadəcə öz inanclarına uyğun yaşamaq istədikləri üçün təqib, həbs, təhdid etdiyini və öldürdüyünü görməkdə davam edirik”.
Bayden-Harris administrasiyası hər bir insanın din və ya inanc azadlığı hüququnu, o cümlədən insan haqlarının pozulması və sui-istifadəsi ilə mübarizə öhdəliyinə sadiqdir.
Hər il Dövlət katibi dini etiqad azadlığının pozulmasına görə Beynəlxalq Dini Etiqad Azadlığı Aktına uyğun olaraq layiq olan hökumətləri və qeyri-dövlət subyektlərini müəyyən etmək məsuliyyəti daşıyır.
Bu il dövlət katibi Blinken Birma, Çin Xalq Respublikası, Eritrea, İran, Şimali Koreya, Pakistan, Rusiya, Səudiyyə Ərəbistanı, Tacikistan və Türkmənistanı dini azadlıqların kobud şəkildə pozulmasında “sistemli və davamlı ”işlərə qoşulduqlarına görə xüsusi narahatlıq doğuran ölkələr adlandırıb.
Dövlət katibi Pakistan, Səudiyyə Ərəbistanı, Tacikistan və Türkmənistana gəlincə, Birləşmiş Ştatların milli maraqlarına uyğun olaraq imtina səlahiyyətinin həyata keçirilməsini tələb etdiyini müəyyən edərək, beynəlxalq ictimaiyyətin dəstəklədiyi Dini Azadlıq Qanununa əsasən prezidentin fəaliyyəti tələbindən imtina edib.
Blinken Əlcəzair, Komor adaları, Kuba və Nikaraquanın din azadlığının ciddi şəkildə pozuduğunu deyərək, onları belə əməllərdə iştirak edən və onlara dözüm göstərən hökumətləri Xüsusi Nəzarət Siyahısına daxil edib.
O, Əl-Şəbab, Boko Haram, Heyət Təhrir əş-Şam, Ənsarullah (bəzən husilər də adlandırılır), İŞİD, İŞİD-Böyük Səhra, İŞİD-Qərbi Afrika, Camaat Nəsr əl-İslam vəl-Müslimin və Talibanı xüsusi narahatlıq doğuran qurumlar adlandırıb.
Dövlət katibi Blinken xəbərdarlıq edib: “Bu gün dünyada din azadlığına qarşı çağırışlar struktur xarakterlidir, sistemlidir və dərin köklərə malikdir”.
“Onlar hər ölkədə var. Onlar nifrət, dözümsüzlük və təqibi status-kvo kimi qəbul etmək istəməyən hər kəsdən davamlı qlobal öhdəlik tələb edir. Onlar beynəlxalq ictimaiyyətin təcili diqqətini tələb edir”- deyə, Blinken əlavə edib.
Birləşmiş Ştatlar sui-istifadələi daşıyanları məsuliyyətə cəlb etmək üçün bütün hökumətlərə təzyiq göstərməkdə davam edəcək.
Birləşmiş Ştatlar dünyada din azadlığını inkişaf etdirmək, inandıqları və ya nəyə inandıqlarına görə sui-istifadə, təqib və ayrı-seçkiliklə üzləşən fərdlərin və icmaların problemini həll etmək üçün hökumətlər, vətəndaş cəmiyyəti təşkilatları və dini icmaların üzvləri ilə işləmək əzmindədir.