Accessibility links

Breaking News

Liviyada sülhə aparan yeganə yol seçkilərdir


Arxiv - Liviyada təhlükəsizlik qüvvələri parlament binası qarşısında keşik çəkir.
Arxiv - Liviyada təhlükəsizlik qüvvələri parlament binası qarşısında keşik çəkir.

Liviyada enerjinin kəsilməsi, siyasi çəkişmələr və zorakılıq səbəbilə vəziyyət sabit deyil. Liviyada sülhə aparan yeganə yol “Liviya xalqına ümummilli seçkilərdə öz liderlərini seçmək imkanı verməkdir,” BMT-də xüsusi siyasi məsələlər üzrə alternativ nümayəndə səfir Robert Vud deyib.

“Biz liviyalıların Liviya liderlərinin seçkilərin keçirilməsi üçün lazım olan bir çox məsələləri həll etdiyi Misirin ev sahibliyi etdiyi konstitusiya yolunda əldə etdiyi irəliləyişi alqışlayırıq,” o deyib. “İndi bu nailiyyətləri genişləşdnirmək və BMT-nin vasitəçiliyi ilə geniş siyasi konsensusun təmin etmək və Liviyada uğurlu seçkilərin keçirilməsinə imkan yaratmaq səylərini irəlilətmək vaxtıdır.”

“Bütün Liviya liderləri arasında çətin qərarlar vermək və seçkiləri keçirmək üçün siyasi iradənin yaradılması çətin olaraq qalır,” Səfir Vud xəbərdarlıq edib. Ancaq indi “momentumu bərpa etmək vaxtıdır,” o deyib. Birləşmiş Ştaltar bu məqsədlə Ali Ümummilli Seçki Komissiyasının işini dəstəkləməyə davam edəcək.

“Siyasi yolda irəliləyiş, iqtisadi və təhlükəsizlik məsələlərində də irəliləyişlə müşayiət olunmalıdır,” Səfir Vud əlavə edib.

“Gəlirlərin idarə mexanizminin inkişafı vəLiviyanın mərkəzi bankını yenidən birləşdirmək yolunda irəliləyiş şəffaflıq və cavabdehlilik gətirəcək ki, Liviya xalqı Liviyanın sərvətinin necə xərcləndiyini görə bilsin.”

Səfir Vud bütün xarici döyüşçülər və muzdluların, o cümlədən Rusiyanın Vaqner Qrupunun muzdlularının Liviyadan dərha geri çəkilməsinə çağırıb.

Eyni zamanda isə Birləmiş Ştatlar Liviyada miqrantların acınacaqlı vəziyyətindən dərindən narahatdır. “Biz Aralıq dənizində davam edən insan tələfatından kədərlənirik və rəsmi və qeyri-rəsmi həbsxanalarda saxlanılan miqrantlara qarşı qeyri-insani rəftardan dəhşətə gəlirik,” səfir Vud deyib. “Biz miqrantların insan hüquqlarına hörmət edilməsinə çağırırıq. Biz Təhqiqat Komissiyasının davamlı işini dəstəkləyirik və Liviya liderlərini onunla və humanitar təşkilatlarla tam əməkdaşlığa çağırırıq.”

XS
SM
MD
LG