Accessibility links

Breaking News

Ukraynada sürətlə böyüyən humanitar böhran


Fevral ayında “Rusiya Prezidenti Vladimir Putin Ukraynaya qarşı əvvəlcədən planlaşdırılmış, səbəbsiz, əsassız və qəddar hərbi müdaxiləyə başladı,” ABŞ Dövlət katibi Vendi Şerman deyib. Bu bir neçə həftə ərzində “Rusiyanın Ukraynanın şəhərlərini və kritik infrastrukturunu fasiləsiz bombalaması son onilliklərin ən sürətlə böyüyən humanitar böhranlarından birinə səbəb olub.”

“Təkcə beş həftədə Ukrayna əhalisinin, demək olar, dörddə biri, o cümlədən ölkədəki uşaqların yarısından çoxu didərgin düşüb. Təkcə beş həftədə dörd milyondan çox insan Ukraynadan qaçıb. İndi Ümumdünya Ərzaq Proqramı xəbərdarlıq edir ki, Ukraynadakı insanların 45 faizi – dünyanın ən böyük buğda istehsalçıarından birində yaşayan insanların təxminən yarısı – ərzaq çatışmazlığı ilə üzləşir.”

Dövlət katibinin müavini Şerman BMT Təhlükəsizlik Şurasının Rusiyanın Ukraynaya Qarşı Müharibəsinin Humanitar Təsiri ilə bağlı Brifinqində çıxışı zamanı beynəlxalq ictimaiyyəti Ukrayna xalqını yemək, su, sığınacaq və dərmanla təmin etməyə və Ukraynanın milyonlarla qaçqın qəbul edən qonşularını dəstəkləməyə çağırıb. “Birləşmiş Ştatlar Ukraynada və dünyanın başqa yerlərində bu müharibənin səbəb olduğu insanların iztirablarını yüngülləşdirmək üçün üzərinə düşəni etməyə sadiqdir,” deyib.

“Birləşmiş Ştatlar Ukrayna xalqı, qonşu ölkələrə qaçanlar və dünya boyu Putinin müharibəsinin təsirlərini, o cümlədən artan qida təhlükəsizliyini hiss edən insanlar üçün 1 milyard dəyərində yeni humanitar yardım verməyə hazırdır.”

“Amma fakt budur ki, nə qədər ki, Putin bu müharibəni davam etdirir, nə qədər ki, Rusiya qüvvələri Ukrayna şəhərlərini bombalamağa və yardım karvanlarını blok etməyə davam edir, nə qədər ki, mühasirəyə alınan mülki vətəndaşlar təhlükəsiz yerə çata bilmirlər, bu humanitar böhran – Ukraynada, Rusiya xalqı üçün və dünya boyu - pisləşməyə davam edəcək.”

“Rusiya münaqişədən qaçan və humanitar yardım göstərənlər də daxil olmaqla, mülki şəxslərin müdafiəsi ilə bağlı beynəlxalq humanitar hüquq çərçivəsindəki öhdəliklərə əməl etməlidir.”

“Biz ümid edirik – həqiqətən də ümid edirik – ki, Prezident Putin davam edən sülh danışıqlarına ciddi olaraq sadiq qalacaq. Amma biz Rusiyanın dediklərinə deyil, Rusiya qüvvələrinin etdiklərinə diqqət yetiririk,” dövlət katibinin müavini Şerman deyib.

“Və nəhayət bu humanitar fəlakətə son qoymağın yeganə yolu davamlı atəşkəs və Rusiya qüvvələrinin Ukrayna ərazisindən tamamilə geri çəkilməsindən və Ukrayna sərhədlərindən uzaqlaşmasından keçir.”

XS
SM
MD
LG