ABŞ-ın müdafiə naziri Lloyd Ostin Gürcüstana son səfəri zamanı bəyan edib ki, “Birləşmiş Ştatlar Gürcüstanı güclü strateji tərəfdaş kimi qiymətləndirir” və “Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü” dəstəkləməkdə “sarsılmaz” olaraq qalır.
Son üç ildə Gürcüstanın Müdafiə Hazırlıqlığı Proqramı bu ölkənin müdafiə qabiliyyətini və hazırlığını formalaşdırılsa da, ilin sonunda yekunlaşdırılacaq. Müdafiə naziri Ostin bildiriib ki, Gürcüstanın Müdafiə və Çəkindirmənin Gücləndirilməsi Təşəbbüsü onun yerini alacaq.
“Biz müdafiə sektorunda institusional islahatları davam etdirərək, effektiv çəkindirmə və müdafiə üçün tələb olunan imkanları, NATO ilə qarşılıqlı fəaliyyət qabiliyyətini gücləndirməklə, Gürcüstanın Müdafiə Nazirliyinin və Gürcüstan Müdafiə Qüvvələrinin inkişafını davam etdirəcəyik. Bu təşəbbüsün uğuru ölkələrimiz arasında sıx əməkdaşlıq tələb edəcək ki, biz ümumi məqsədlərimizin doğru yolunda qalaq“ - deyə, Ostin əlavə edib.
O deyib ki, nazirlə mənim yeni imzaladığımız anlaşma memorandumu Müdafiə Nazlirlərinin Gürcüstana özünü müdafiə etmək, təcavüzün qarşısını almaq və onun Avro-Atlantik inteqrasiyasını davam etdirməyə yardım edən davamlı siyasətini vurğulayır.
Müdafiə naziri eyni zamanda bildirib ki, Gürcüstan hökuməti ölkə demokratiyasını gücləndirmək və Gürcüstanı Qərbə daha da yaxınlaşdırmaq üçün əsaslı islahatlar aparmaq üçün ABŞ-ın dəstəyindən istifadə etməklə üzərinə düşəni etməlidir.
Ostin ABŞ və NATO-nun Əfqanıstandakı səylərinə verdiyi dəstəyə görə Gürcüstan hökumətinə və xalqına təşəkkür edib.
"Gürcülər bu missiyada böyük rol oynadılar, cəsarətlə amerikalı silahdaşları ilə çiyin-çiyinə xidmət göstərdilər. Əfqanıstanda 32 nəfər həlak olub, 293 nəfər yaralanıb. Birləşmiş Ştatlar onların fədakarlığına hörmət edir və gürcü xalqına, xidmət edən qoşunlara və onların ailələrinə minnətdardır. Əfqanıstandakı kollektiv səylərimiz strateji tərəfdaşlığımızın və ortaq maraq və dəyərlərimizin gücünün sübutudur"- deyə, Ostin bildirib.