Accessibility links

Breaking News

Gender Zorakılığına Qarşı 16 Günlük Aktivizm


25 noyabr Beynəlxalq Zorakılığın Ləğvi və 10 dekabr İnsan Haqları Günü arasındakı 16 gün dünya boyu gender zorakılığı barədə maarifləndirmə kampaniyasına və insanları gender zorakılıqlarına qarşı dəyişikliyə nail olmaq üçün səfərbərliyə həsr olunur.

Qadınlara qarşı zorakılıqlar sərhəd və mədəniyyət fərqi tanımır: hər üç qadından biri ömrü ərzində zorakılığa məruz qalır. Təəssüf ki, bu rəqəmlər COVID-19 pandemiyası dönəmində artıb,” Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin (USAID) əvəzləyici Administrator Müavini Con Barsa bildirib. “Karantin dövründə - insanların dolanışığının gözlənilməz fəsadlarla üzləşdiyi, ərzaq və mallar əldə etməyin çətinləşdiyi bir vaxtda USAID-nin tərəfdaşları qadın və qızlara qarşı zorakılıqlarda artım qeydə alıb.”

USAID uzun müddət qadınların inkişafına və uğuruna əngəl törədən zorakılığın müxtəlif formalarına diqqət yetirməyin əhəmiyyətini vurğulayıb.
“Tramp Administrasiyası dönəmində USAID qeyri-hökumət təşkilatları, qadın qrupları, özəl sektor firmaları və hökumət təsisatları ilə tərəfdaşlıqlarımızı genişləndirərək qadınlara qarşı zorakılığın ziyanlı təsirlərini aradan qaldrımaq və onlar barədə maarifləndirmə işləri aparmaq üçün effektiv proqramlar həyata keçirib,” Barsa deyib.

Məsələn, ABŞ Qadın, Sülh və Təhlükəsizlik Strategiyası vasitəsilə proqramlar Agentliyin inkişaf və humanitar yardım səyləri çərçivəsində qadınları və qızları zorakılıqdan, istismarda və bədrəftardan qorumaq istiqamətində iş aparır. 2017-ci ildən bəri USAID 70,000 qadının sülh yaratmaq proseslərində iştirakına vasitəçilik edib, gender zorakılıqlarının altı milyondan çox qurbanına lazımi qayğı, psixoloji-sosial dəstək, hüquqi yardım və iqtisadi köməklik göstərib.

Lakin bu, uzun və ağrılı bir mübarizədir. Belə ki, gender zorakılıqları çox vaxt bəzi cəmiyyətlərdə normal qəbul edilir ki, bu da icma və hökumətlərin qadın və qızların insan haqlarına dəyər verə bilməməsinin nəticəsidir. Ona görə də Gender Zorakılıqların Qarşı 16 Günlük Aktivizm kimi hərəkətə çağırışlar gender zorakılıqlarına son qoymaq qüçün aparılan mücadilədə olduqca mühüm əhəmiyyət kəsb edir. Onlar bu bəlaya və onun mövcudluğuna rəvac verən siyasət və praktikalara işıq salır.

Qadınlara qarşı zorakılığa son qoyulmasında, onun fərdlərə, ailələrə və icmalara vurduğu ziyanlı effektlərin azaldılmasında və bütün fərdlərin haqlarının təşviqində biz hamımız rol oynaya bilərik,” Barsa deyib.
“Bu 16 gün ərzində və hər gün USAID dünya boyu qadınların və qızların ləyaqətininin qorunmasında və saxlanılmasında mətin dayanır.”

XS
SM
MD
LG