Accessibility links

Breaking News

İran rəsmiləri qəddar repressiyalara görə məsuliyyətə cəlb edilməlidir


Sentyabrda 22 yaşlı Məhsa Əmininin "Əxlaq Polisi" tərəfindən həbs edilərək öldürülməsindən sonra İranın bütün şəhərlərində etirazçılar davam edir.

Dəqiq rəqəmlər bilinməsə də, insan haqları üzrə müşahidəçilər onlarla uşaq olmaqla, yüzlərlə insanın təhlükəsizlik qüvvələri tərəfindən öldürüldüyünü, minlərlə insanın həbs edildiyini bildirir.

Ötən ayın sonunda Birləşmiş Ştatlar dinc nümayişçilərə qarşı amansız zorakılığa görə İran rəsmiləri və qurumlarına qarşı sanksiyaların növbəti mərhələsini elan edib. Yeni sanksiyalar ABŞ-ın Dövlət Departamenti və Maliyyə Nazirliyinin birgə addımıdır.

Təyin olunmuş şəxslərdən altısı İran həbsxana sistemində, o cümlədən bədnam Evin həbsxanası, Sistan, Bəlucistan və Kürdüstan əyalətlərindəki həbsxanalar və digərləri arasında rəhbər vəzifələrdə çalışan məmurlardır.

Rəsmilər etirazçılar, digər siyasi məhbuslar, dini və etnik azlıq qrupları da daxil olmaqla, çoxsaylı məhbuslara qarşı zorakılıq və pis rəftara görə məsuliyyət daşıyır.

Mövcud etirazlara ən qəddar cavablardan bəziləri Sistan və Bəlucistan əyalətində baş verib, burada çoxlu insan, o cümlədən uşaqlar həlak olub, təhlükəsizlik qüvvələri etirazçılara həqiqi güllələrdən atəş açıb.

Birləşmiş Ştatlar vilayətin qubernatoru Hüseyin Modarres Xiabaniyə oradakı etirazların zorakılıqla yatırılmasına nəzarət etdiyinə görə sanksiya tətbiq edib.

İslam İnqilabı Keşikçiləri Korpusunun üç üzvü dəsanksiyalarla üzləşib: biri Sistan və Bəlucistanda dinc nümayişçilərin zorakılıqla dağıdılmasına görə cavabdeh olan SEPAH və Bəsic qüvvələrinə birbaşa nəzarət edən, digər iki İİKK komandiri isə aqressiv və qəddar repressiyalarla məşğul olan təhlükəsizlik təşkilatlarına cavabdehdir.

İsfahan vilayətinin polis rəisi də insan haqlarının kobud şəkildə pozulmasına görə seçilib. İranın məhşur Kəşfiyyat və Təhlükəsizlik Nazirliyinin üzvü olan iki iranlı kiberaktyor, qurduqları Ravin Akademiyası kimi hakerləri öyrətdiklərinə və işə götürdüklərinə görə sanksiyaya məruz qalıb.

İran hökumətini senzura, müşahidə və casusluq vasitələri ilə təmin etdiyi İran şirkəti də sanksiyaların hədəfi olub.

ABŞ dövlət katibi Antoni Blinken sanksiyaları elan edərkən deyib: "Birləşmiş Ştatlar ədaləti və İranda insan haqları pozuntuları və sui-istifadə hallarına görə cavabdehliyin təşviqi üçün işləməyə sadiqdir. İnsan haqları və əsas azadlıqlarının müdafiəsi üçün dinc şəkildə etiraz edən İran xalqına dəstək yollarını tapmaqda davam edəcəyik".

XS
SM
MD
LG