Çinin Kommunist Partiyası Honq Konqda cəsur şəkildə Çin Kommunist Partiyasının Honq Konqu Pekindən idarə olunan diktaturaya çevirmək cəhdinə etiraz edən demokratiya fəallarını təqib etmək missiyasını davam etdirir.
Çin hökumətinin ən son zərbəsi olaraq məhkəmə Honq Konqun demokratiya hərəkatının üç gənc liderini həbsə məhkum edib.
24 yaşlı Coşua Vonq Honq Konqda veteran siyasi və insan haqları müdafəçisidir. O, 2014-cü ildə “Çətir İnqilabı”nın tələbə lideri idi və artıq qadağan edilmiş Demosisto siyasi partiyasının təsisçilərindən biridir. Cənab Vonq dekabrın 2-də 2019-cu ildə polis idarəsinin önündə baş verın etirazda iştirakına görə on üç ay yarım həbsə məhkum edilib. Partiyanın iki digər məşhur üzvü Aqnes Çou və İvan Lama da höküm oxunub. Belə ki, Çou on, Lam isə yeddi ay müddətində həbsə məhkum edilib.
Bu üç lider 2019-cu ilin iyun ayından bəri Honq Konqda həbs olunan 10 000 etirazçılar arasındadır. Aralarında media maqnatı və demokratiya tərəfdarı fəal Cimmi Lainin də olduğu həbslər Çin hökumətinin Çinin beynəlxalq öhdəliklərinə zidd olaraq Honq Konqun muxtariyyətini boğmağa, vətəndaşlarının əsas azadlıqlarından məhrum etməyə davam etdiyi vaxta təsadüf edib.
“Honq Konq hökumətinin Honq Konqun demokratiya tərəfdarı fəallarını təqib etməsi Birləşmiş Ştatlarını dəhşətə gətirir,” dövlət katibi Mayk Pompeo bəyanatında bildirib. “Dinc müxalifləri susdurmaq üçün məhkəmələrdən istifadə etmək avtoritar rejimlərin elementlərindən biridir və bir daha Çin Kommunist Partiyasının ən böyük qorxusunun xalqının azad söz və azad düşüncəyə sahib olmasının olduğunu vurğulayır.”
Cənab Pompeo deyib ki, “Honq Konq tarixən Coşua Vonq, Aqnes Çou, İvan Lam cə Cimmi Lai kimi vətəndaşların dinc mübarizəsini alqışlayan azad və açıq sistemdən yararlanıb.” Honq Konq xalqı Əsas Qanunun və İnsan Hüquqları Haqqında Ümumi Bəyannaməsinin onlara təmin etdiyi haqlarından faydalana bilməlidir.”
Katib Pompeo əlavə edib ki, “Birləşmiş Ştatlar Honq Konq xalqı və Çin Kommunist Partiyasının repressiv hakimiyyəti altında əziyyət çəkən hər kəsin hüquq və azadlıqlarını müdafiə etmək üçün dünya boyu müttəfiqlərimiz və həmkarlarımızla işləməyə davam edəcək. Biz Coşua Vonq, Aqnes Çou, İvan Lam, Cimmi Lai, Honq Konq xalqı və Çin xalqının yanındayıq. ”