Accessibility links

Breaking News

İkinci Dünya Müharibəsi 75 il öncə başa çatdı


ABŞ hökumətinin mövqeyini əks etdirən baş məqalə

Sentyabrın 2-də İkinci Dünya Müharibəsinin Sakit Okean regionunda rəsmi olaraq başa çatması qeyd olunur. 75 il öncə həmin gündə Birləmiş Ştatlar və Yaponiya nümayəndərləi arasında Tokio Körfəzində lövbərdə dayanan USS Missouri gəmisində Yaponiyanın qeydsiz-şərtsiz təslim olması ilə bağlı sənədlər imzalanmışdı.

İkinci Dünya Müharibəsi Almaniyanın təslim olması ilə mayın 8-də Avropada başa çatmışdı. Lakin Sakit Okeanda döyüşlər davam edirdi və müharibə Yaponiya silahlarını yerə qoymayanadək davam edəcəkdi.

Birləşmiş Ştatların atom bombasını müvəffəqiyyətlə sınaqdan keçirməsindən on gün sonra, iyulun 26-da Antihitler koalisiyasının liderləri Postdam Deklarasiyasını təqdim etdilər. Bu sənəddə Yaponiya İmperatorluğunun təslim olmasının şərtləri qeyd edilmişdi. Belə ki, Yaponiya bu təklifi rədd etsə, “tez bir şəkildə tamamilə məhv olacaqdı.” Yaponiya isə bu ultimatumu rədd etdi.

Bu səbəbdən də müharibəyə son qoymaq üçün Yaponiyanı döyüş meydanında məğlub etmək lazım idi. Bu isə çox çətin bir iş idi. Birləşmiş Ştatlar və müttəfiqləri üç il boyunca Sakit Okeanda Yaponiya ilə döyüşdü. Bu, inidyədək ən böyük dəniz döyüşləri hesab olunur. Sakit Okean adalarında baş verən şiddətli döyüşlər çox vaxt məğlub olan Yaponiya əsgərləri və mülki vətəndaşlarının intihar etmələri ilə nəticələnirdi və bu səbəblə də Birləşmiş Ştatlar komandanlığı Yaponiyanın işğalının hər iki tərfədə çox sayda tələfatla nəticələnəcəyini düşünürdü.

Buna görə də, müharibəyə sürətli və qətiyyətli bir şəkildə son qoyulmasına qərar verildi. Birləşmiş Ştatlar havadan qaçılmaz hava hücumlarının olacağını bildirən və mülki vətəndaşlara evakuasiya etmələri barədə xəbərdarlıq edən vərəqələr atandan sonra Yaponiyanın iki şəhərinə üç gün ara ilə iki atom bombası atdı. Bunun ardınca Yaponiya hakimiyyəti müharibədə qalib gələ bilməyəcəyini dərk etdi və avqustun 14-də Yaponiya imperatoru Hirohito Yaponiyanın təslim olacağını elan etdi.

“Bu gün silahlar səssizdir,” – USS Missouri gəmisində keçirilən tədbirdən sonra Antihitler koalisiyası adından Yaponiyanın məğlubiyyət sənədlərini qəbul edən general Duqals MakArtur demişdi.

“ Böyül faciə başa çatmışdır. Möhtəşəm qələbə əldə olunmuşdur. Səmadan artıq ölüm yağmır, dənizdə ancaq ticarət aparılır, hər yerdə insanlar günəş işığında dik gəzirlər. Bütün dünya dincdir. Müqəddəs missiya başa çatmışdır...”

“Sakit Okean hövzəsində yeni azad edilmiş dünya mənzərəsi yaranmışdır. Bu gün azadlıq hücum, demokratiya yürüş edir. Bu gün Asiya və Avropada əlləri qandalsız insanlar azadlığın, qorxudan qurtulmağın şirinliyini dadırlar.

1945-ci ilin sentyabrın 2-də İkinci Dünya Müharibəsi həqiqətən nəhayət sona çatdı və yeni bir dövr başladı.

XS
SM
MD
LG