Accessibility links

Breaking News

İnsan Haqları Şurasına insan haqlarını pozan ölkələr seçilib


Mart ayında əqli əmlak haqlarını pozmaqla tanınan Çin Xalq Respublikasının bu haqları qorumaqdan məsul BMT-nin Dünya Əqli Əmlak Təşkilatına rəhbərlik etmək iddiası gerçəkləşmədiyi zaman zərərin qarşısı alındı.

Lakin təəssüf ki, oktyabr ayında BMT-də ciddi riyakarlığın qarşısı alınmadı. Baş Assambleya yenidən səs verərək dünyanın ən pis insan haqları pozanlarının bəzilərini, o cümlədən Çin Xalq Respublikasını, Rusiyanı və Kubanı İnsan Haqları Şurasına seçdi.

İnsan haqları fəalları şok oldu.

“İnsan haqlarını dəfələrlə pozanlar İnsan Haqları Şurasında bir yerlə mükafatlandırılmamalıdırlar,” Human Rights Watch Təşkilatının BMT üzrə direktoru Luis Şarbonno deyib. UN Watch-ın icraçı direktoru Hillel Neuer bunu “insan haqlrı üçün qara gün” adlandırıb.

Dövlət Departamenti insan haqları ilə bağlı ən son hesabatında Çin Xalq Respublikasında bir sıra insan haqları pozuntularını qeyd edib ki, buna Sincanda müsəlman azlıqların kütləvi həbsi daxildir.

Dövlət Departamenti Rusiyada qanunsuz edam, ixtiyari həbslər, ifadə azadlığının pozulması və digər hüquq pozuntuları barədə təfərrüatlar paylaşıb. Polis dövləti olan Kubada dövlət təhlükəsizlik qüvvələri insan haqları və demokratiya müdafiəçilərinə gündəlik olaraq hədə-qorxu gəli, fiziki şiddət tətbiq edir və Kuba xalqının toplaşmaq azadlığını rədd edir.

İnsam Haqları Şurasını təsis edən BMT Baş Assambleyasının 60/251 nömrəli qətnaməsi Şura üzvlərindən “insan haqlarını təbliğ və müdafiə edərkən ən yüksək standartlara əməl etməyi” tələb edir. Bu il Çin Xalq Respublikası, Rusiya və Kubanın, ötən il isə Venesuelanın seçilməsi Şuranın yaranma məqsədinə təkcə kölgə salmır, onu məsxərəyə qoyur.

Dövlət katibi Mayk Pompeo yaydığı bəyanatda Birlöşmiş Ştatların İnsan Haqları Şurasından 2018-ci ildə “köklü anti-İsrail qərəzi və Şuraya insan haqlarını ən pis şəkildə pozanların seçilməsimə imkan yaradan üzvlük qaydalarına” görə ayrılıb.

O qeyd edib ki, Birləşmiş Ştatlar şuradan çıxmadan öncə BMT-yə üzv ölkələri “Şura düzəkməz hala gəlmədən dəyişikliklər etmək üçün təcili addımlat atmağa” çağırıb. O bildirib ki, təəssüf ki, “bu çağırışlara cavab verilməyib.”

Pompeonun sözlərinə görə, bu ilki seçki ABŞ-ın Şuradan geri çəkilmək və ümumdünya insan haqlarını qoruyub, təbliğ etmək üçün başqa qurum və imkanlardan istifadə etmək qərarını bir daha təsdiqləyir. “Bizim öhdəliklərimiz açıq şəkildə BMT-nin [Ümumdünya İnsan Haqları Bəyannaməsi] və bizim fəaliyyətimizdə əks olunur,” o deyib.

XS
SM
MD
LG