Accessibility links

Breaking News

İnsanların alver predmeti kimi istifadə olunmasına son qoyulmalıdır


Antony Blinken speaks during a virtual meeting with Canadian Foreign Minister Marc Garneau
Antony Blinken speaks during a virtual meeting with Canadian Foreign Minister Marc Garneau

Hökumət başqa bir ölkə üzərində güc əldə etmək üçün xarici vətəndaşları saxlayıb, adətən heç bir hüquqi əsas olmadan həbs edir və ailələrindən ayırır. Bu, gülünc bir hüquq pozuntusudur.

Bir sıra ölkələrdən ibarət koalisiya rəsmi olaraq bir araya gələrək bu əməli pisləyib.

Kanadanın başçılıq etdiyi 58 ölkə, o cümlədən Birləşmiş Ştatlar, Avstraliya, Yaponiya və Avropa İttifaqının demək olar bütün üzvləri xarici vətəndaşların dövlətin dəstəyi ilə siyasi məqsədlər üçün ixtiyari həbsini pisləyən bəyannamə imzalayıblar.

Bəyannamədə İnsan Hüquqları Haqqında Ümumi Bəyannamə, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt və Konsul əlaqələri haqqında Vyana Konvensiyasında yer alan ixtiyari həbslərlə əlaqədar insan haqları və qanunun aliliyi prinsipləri bir daha qeyd olunur. Bəyannamədə bildirilir ki, onu imzalayn ölkələr “vətəndaşlarının başqa ölkə tərəfindən onların üzərində güc əldə etmək üçün ixtiyari şəkildə həbs olunub, saxlandığı və ya barələrində hökm çıxarıldığı ölkələrlə həmrəydirlər və ortaq narahatlığa səbəb olan bu məsələni həll etmək üçün beynəlxalq səviyyədə əməkdaşlıq etməyə ehtiyacın olduğunu dərk edirlər.”

ABŞ dövlət katibi Antoni Blinken Kanadanı bu mühüm məsələyə başçılıq etdiyinə və bir çox ölkənin dəstəyini əldə etdiyinə görə təbrik edib. O, bəyanatında dövlətlərarası münasibətlərdə ixtirayi həbslərdən istifadəni “həbs olunan şəxslərin insan haqlarına qarşı mənfur addım” və“beynəlxalq diplomatik normalara təhqir” adlandırıb.

Kanadanın ev sahibliyi etdiyi, onlarla ölkənin yüksək səviyyəli rəsmilərinin iştirak etdiyi və bəyannamənin elan olunduğu virtual mərasimdə Dövlət Katibi Blinken bu praktikanı “tamamilə qəbuledilməz” adlandırıb:

“Bu cür ixtiyari həbslər həmin şəxslərin insan haqlarına ziddir. Bu, onların ailələrin əzab çəkmələrinə səbəb olur. Və bu, xaricdə səfərdə olan, yaşayan və ya işləyən hər kəs üçün təhlükə yaradır. Artıq xarici vətəndaşları ixtiyari həbs edən və onlardan alver predementi kimi istifadə etməyə çalışan hər bir hökumətə beynəlxalq ictimaiyyətin buna dözməyəcəyini göstərmək vaxtıdır.”

“Bu qədər çox ölkənin bu bəyannaməni imzalaması onun nə qədər güclü olduğunu göstərir,” Dövlət katibi Blinken deyib. “İndi isə momentumu qoruyub saxlamalıyıq. Mən daha çox ölkəni bizə qoşulmağa və dövlətlərarası münasibətlərdə ixtiyari həbslərə yer olmadığını göstərməyə çağırıram. İnsanlar alver predmeti deyillər. Bu insan haqları və qanunun aliliyi məsələsidir. Biz birlikdə hər ikisini müdafiə edəcəyik.”

XS
SM
MD
LG