Accessibility links

Breaking News

İranın imkanlarını məhdudlaşdırmaq lazımdır


ABŞ Dövlət Katibi Mayk Pompeo Tramp administrasiyasının İrana sanksiyaları bərpa etdiyini elan edir. 21 sentyabr, 2020.
ABŞ Dövlət Katibi Mayk Pompeo Tramp administrasiyasının İrana sanksiyaları bərpa etdiyini elan edir. 21 sentyabr, 2020.

Birləşmiş Ştatlar BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinə əsasən müddəti 18 oktyabrda başa çatması nəzərdə tutulmuş silah embarqosu da daxil olmalqa BMT-nin İran üzərində sanksiyalarını bərpa edib.

Prezident Donald Tramp həmçinin İranın nüvə, raket və konvensional silah fəaliyyətlərini dəstəkləyən 10-dan çox qurum və fərdə qarşı yeni sanksiyalar və ixrac nəzarətləri tətbiq edən sərəncam imzalayıb.

Mətbuat brifinqində Dövlət Katibi Mayk Pompeo prezidentin sərəncamını “BMT silah embarqosunun tətbiqi və BMT sanksiyalarından yayınmağa çalışanları cavabdeh tutmaq istiqamətində yeni və qüdrətli alət” adlandırıb.

“Bizim bugünkü hərəkətlərimiz dünya boyu eşidiləsi xəbərdarlıqdır. Kim olursansa ol, əgər sən BMT-nin İrana silah embarqosunu pozsan, sanksiyalar riski ilə üzləşəcəksən.”

ABŞ-ın BMT-dəki elçisi Kelli Kraft Birləşmiş Ştatların bu addımı Təhlükəsizlik Şurasının İrana qarşı silah embarqosunu uzatmamasından sonra atdığını qeyd edib.

“Dəfələrlə dediyim kimi, onlar öz öhdəliklərini yerinə yetirməsə, biz bunu edəcəyik. Təhlükəsizlik Şurası üzvləri arasında İran nüvə anlaşmasının İranın nüvə ambisiyalarının qarşısını alacağına dair yanlış ümidlər həmin üzvləri 2231 saylı qətnamədə yazılmış prosesə uyğun olaraq sanksiyaları bərpa etmək öhdəliyindən azad etmir. Bizkim indi gözlənitmiz odur ki, bütün BMT üzvləri öz hüquqi öhdəliklərini yerinə yetirəcək və İrana sanskiyalaırı yenidən tətbiq edəcəklər.”

Milli Təhlükəsizlik müşaviri Robert O’Brien qeyd edib ki, rejim öz öhdəliklərinə sadiq qalmadığı təqdirdə Birləşmiş Ştatların BMT-nin İrana sanksiyalarını bərpa etməsi ABŞ-ın 2015-ci ildəki nüvə anlaşmasını təsdiqləməsinin əsas şərti idi.

“İran rejimi dəfələrlə öz nüvə silahları proqramı, arxivi barədə yalan danışıb və beynəlxalq müfəttişlərə lazım olan çıxışı verməyib. Bu günün addımları İran rejiminə aydın mesaj göndərir ki, bu cür davranışa dözülməyəcək. Birləşmiş Ştatlar həmçinin beynəlxalq ictimaiyyətə birmənalı mesaj göndərir. O qurumlar ki, İranın könlünü alır və ona dəstək verir, onlar İranın şər fəaliyyətindən üz döndərməlidirlər.”

“Atom bombası və regional hegemonluq naminə resurslarını israf etmək əvəzinə İran rejimi İran xalqına istədiyi və layiq olduğunu – çiçəklənən və firavan İran bəxş etməlidir,” Milli Təhlükəsizlik müşaviri Robert O’Brien deyib. “Prezident aydın edib ki, əgər İran sülh yolunu seçsə, Amerika onunla birgə addımlayacaq.”

XS
SM
MD
LG