Accessibility links

Breaking News

İran ABŞ vətəndaşlarını ədalətsiz olaraq saxlayır


Soldan sağa: Şiyue Vanq, Bağır Namazi, Nazənin Zağari-Ratcliffe, Siyamək Namazi və Nizar Zakka.
Soldan sağa: Şiyue Vanq, Bağır Namazi, Nazənin Zağari-Ratcliffe, Siyamək Namazi və Nizar Zakka.

İran xarici və ikili vətəndaşların həbsindən siyasi təsir üçün faciəvi şəkildə istifadə edən ölkələrdən biridir. Xarici vətəndaşlarla yanaşı, hazırda bir neçə ABŞ vətəndaşı haqsız olaraq İranda həbsdə saxlanılır. Bunlardan biri keçmiş UNICEF rəsmisi Bağır Namazidir.

İran hökuməti 84 yaşlı iranlı-amerikalını keçən il ciddi tibbi problemləri olduğu üçün həbsdən azad etsə də, ölkəni tərk etməsinə qadağa tətbiq edib. Bağır Namazi beş il əvvəl həbs olunub. O, 2015-ci ildə İranda əsassız olaraq həbs olunanda biznesmen oğlu Siyaməkə baş çəkmək üçün İrana uçmuşdu. Həm ata, həm də oğul "düşmən güvvələr"lə əməkdaşlıq etməkdə günahlandırılıb.

Bağır Namazinin həbsin ildönümündə Girov İşləri üzrə Prezidentin Xüsusi Elçisi Rocer Karstens Tvitter səhifəsində “bu gün başqa bir kədərli gündür @FreetheNamazis, bu Amerika ailəsi ayrılıqda yaşamaqda davam edir. Beş ildir ki, İran ABŞ vətəndaşı Bağır Namazini saxlayır, oğlu Siyamək isə Evin Həbsxanasında haqsız yerə saxlanılır. #İran onların qovuşmasına və azadlıqda birlikdə olmasına imkan verməlidir. ”

ABŞ-ın Milli Təhlükəsizlik məsələri üzrə müşaviri Ceyk Sallivan televiziya müsahibəsində Amerika vətəndaşlarının İranda haqsız həbsini "tam rüsvayçılıq" adlandırıb.

Bayden-Harris administrasiyası bu mövzuda iranlılarla ünsiyyət qurmağa başladığını və sərt bir mesaj göndərdiyini bildirib:

“Amerikalıları haqsız və qanunsuz bir şəkildə saxlamağa davam etdikləri üçün biz onların uzunmüddətli təklifini qəbul etməyəcəyik. Amerikalıları təhlükəsiz şəkildə evlərinə qaytarmaq administrasiyanın mühüm bir prioriteti olacaq,” Sallivan bildirib.

Siyasi üstünlük üçün xarici vətəndaşları haqsız yerə həbs edən yeganə ölkə, amerikalılar isə yeganə qurban deyil.

Bu yaxınlarda ABŞ da daxil olmaqla, təxminən 58 ölkə Kanadanın dövlətlərarası münasibətlərdə özbaşına həbs olunmağı pisləyən bəyannaməsinə qoşulub.

ABŞ Dövlət Katibi Antoni Blinken qeyd edib ki, beynəlxalq insan haqları konvensiyaları çərçivəsində özbaşına həbs tətbiqetmə onsuz da qadağandır.

"Ancaq bəzi ölkələr bunu hələ də edirlər və biz qlobal bir cəmiyyət olaraq buna qarşı çıxmalıyıq," o, əlavə edib.

Blinken xarici vətəndaşları özbaşına həbs edən və onlardan təsir vasitəsi kimi istifadə etməyə çalışan hər bir hökumətə açıq bir mesaj göndərməyin vaxtının gəldiyini və beynəlxalq ictimaiyyətin buna dözməyəcəyini vurğulayıb.

XS
SM
MD
LG