Accessibility links

Breaking News

İran nüvə müzakirələrinə qayıdır


İran beş aylıq fasilədən sonra nüvə danışıqlarını bərpasına razılıq verib. Danışıqları əlaqələndirən Avropa İttifaqı bütün iştirakçıların noyabrın 29-da Vyanada danışıqların yeddinci raundu üçün bir araya gələcəyini açıqlayıb. Onlar Birləşmiş Ştatlar və İranın Birgə Hərtərəfli Fəaliyyət Planına (JCPOA) uyğunlaşmasını müzakirə edəcəklər.

Birləşmiş Ştatlar və onun P5+1-dəki avropalı müttəfiqləri bu yaxınlarda İranı “fürsətdən istifadə etməyə və təcili olaraq danışıqları yekunlaşdırmaq üçün xoşniyyətli səylərə qayıtmağa” çağırıb.

Prezident Co Bayden, Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Boris Conson birgə bəyanatda “bu, heç bir ölkənin marağında olmayan təhlükəli eskalasiyadan qaçmağın yeganə etibarlı yoludur” deyib.

Dörd lider İranın yüksək zənginləşdirilmiş uran və zənginləşdirilmiş uran metalının istehsalı da daxil olmaqla, təxribatçı nüvə addımlarının sürətini artırdığını və İranın Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlığı və şəffaflığı azaltdığını “ciddi və artan narahatlıqla” qeyd edib.

Dördlü "İranın heç vaxt nüvə silahı hazırlaya və ya əldə edə bilməyəcəyinin" təminat altına alınmasına söz verib.

Dövlət Departamentinin sözçüsü Ned Prays İranın danışıqlara qayıtmağa hazır olduğunu təsdiqləyib.

“Biz inanırıq ki, iyunun sonunda 6-cı raund başa çatdıqda həll edilməmiş az sayda məsələlərin bağlanması ilə JCPOA-ya uyğunluğa qarşılıqlı qayıdış üzrə anlaşmaya tez nail olmaq və həyata keçirmək mümkün olacaq” deyə, Pras qeyd edib.

“Ancaq biz bu fasiləlinin bir müddət uzandığına görə, bu fürsət pəncərəsinin həmişəlik açıq olmayacağına ayıdınlıq gətirdik, xüsusən də İran təxribatçı nüvə addımları atmağa davam edərsə. Biz şübhəsiz ki, İran nümayəndə heyəti bu ayın sonunda Vyanaya qayıtdıqda tez və yaxşı niyyətlə danışıqlara hazır olduqlarını gözləyirik”, Prays bildirib

XS
SM
MD
LG