Accessibility links

Breaking News

İran Rejiminin Qurbanları


Tehranda ABŞ səfirliyinin zəbt olunmasının (4 noyabr) 41-cü ildönümündə Dövlət Katibi Mayk Pompeo İran rejiminin öz şər hədəflərinə çatmaq üçün girovlar götürməkdə davam etdiyini önə çəkib. O, İranı günahsız saxlanılan ABŞ vətəndaşları Murad Təhbaz, Siyamək və Bağır Namazini sərbəst buraxmağa çağırıb. Pompeo həmçinin İran hökumətini 13 il əvvəl oğurlanmış FBI agenti Robert Levinsonun taleyi barədə hesabat verməyə çağırıb.

Lakin Pompeonun bəyan etdiyi kimi, “bu günahsız adamlar İran rejiminin qəddarlığının yeganə qurbanları deyil – rejimin ən uzun əzab çəkən qurbanları İran xalqıdır, və onlar bundan yaxşısına layiqdirlər.

BMT-nin İranda insan haqları üzrə Xüsusi Məruzəsiçisi Cavaid Rəhmanın bu yaxınlarda açıqladığı hesabat Dövlət Katibi Pompeonun dəyərləndirməsini dəstəkləyir.

BMT Baş Assambleyasının Üçüncü Komitəsində təqdim etdiyi hesabatı şərh edən cənab Rəhman deyib ki, İranda insan haqlarının durumu “insan haqlarının sistematik pozulması və cəzasızlıqla xarakterizə olunur”.

Rejimin ötən il anti-hökumət nümayişlərinə yüzlərlə adamın öldürülməsi ilə müşayiət olunan qəddar cavabını qeyd edən cənab Rəhman deyib ki, İran hökuməti “2019 noyabr və 2020 yanvar aylarında etirazlara qarşı zorakı basqıları üzərində müstəqil, bitərəf və şəffaf təhqiqat aparmalı və insan haqlarını pozanları ədalət məhkəməsi qarşısına çıxarmalıdır.”

Lakin rejimin əməlləri göstərir ki, şəffaflıq və ədalət onlar üçün heç bir əhəmiyyət kəsb etmir.

“Etirazçılara qarşı işgəncə və ağır həbs hökmləri tətbiq olunub; ədalətə çağıranlar təqib olunub və məsuliyyət daşıyanlar cavabdeh tutulmur.”

Xüsusi Məruzəçi Rəhman zorla alınmış etiraflar əsasında etirazçılara kəsilmiş ölüm hökmlərini və siyasi məhbuslar üçün “təlaş doğuran” həbsxana şəraitini qeyd edib. Bu siyasi məhbuslar sırasında hüquqşünaslar, jurnalistlər, ətraf mühit qoruyucları və insan haqları müdafiəçiləri yer alır.

“İranda siyasi, iqtisadi və sosial duruma müxalif ictimai rəyi susdurmaq cəhdləri ortaya aşkar mənzərə çıxarır.”

Dövlət Katibi Pompeonun İran liderlərinə dediyi kimi, “İranda həqiqi firavanlıq onda bərqərar olacaq ki, siz öz xalqınızı terrora məruz qoymağı və onları həbsə atmağı dayandıracaqsınız… İnsanlarınızla bəşəriyyətin hər bir üzvünün haqq etdiyi elementar ləyaqətlə rəftar edin.

XS
SM
MD
LG