Accessibility links

Breaking News

İranlı Jurnalistin Vəhşicəsinə Öldürülməsi


Hətta amansız İran rejimi üçün dissident jurnalist Ruhullah Zamın qaçırılması və edamı xüsusi vəhşiliyi və beynəlxalq normalara kobud şəkildə məhəl qoymaması ilə diqqət cəlb edib.

İran məşhur anti-rejim vebsaytı AmadNews-un təsisçisi dekabrın 12-də İran məhkəməsinin yer üzündə fitnə-fəsad yaymaq ittihamı ilə verilmiş ölüm hökmünü təsdiqləməsindən bir neçə gün sonra asılıb.

Lakin Zamın işi İranın səlahiyyətlilərinin əsl cinayətlərini üzə çıxarmaq, onların rəhbərliyinə meydan oxumaq və ikiüzlülüyünü ifşa etmək idi.

Fransada mühacirətdə yaşayan Zamın IRGC tərəfindən qaçırıldığı və 2019-cu ildə yenidən İrana gətirildiyi bildirilib. 2020-ci ilin fevralında keçirilən məhkəmədə ona qarşı 2017-ci ildə hökumət əleyhinə nümayişləri təşviq etmək ittihamı irəli sürülüb. Onun təzyiq altında etirafı televiziyada yayımlanmışdı. Zam iyun ayında edam cəzasına məhkum edilmişdi.

ABŞ Dövlət Katibi Mayk Pompeo Zamın edamını “ədalətsizlik” və “vəhşilik” adlandırıb.

Pompeo Twitterdə yazıb ki, “Zam 41 illik terror hakimiyyəti dövründə 860-dan çox jurnalisti öldürən və ya həbs edən rejimin vəhşiliyini ifşa edib.”

"İran xalqı senzuraya, həbslərə və jurnalistlərin edamına deyil, azad və plüralist mediaya layiqdir,” ABŞ Dövlət Katibi bildirib.

Beynəlxalq ictimaiyyət də Ruhullah Zamın öldürülməsindən qəzəbini dilə gətirib.

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Mişel Başele edamdan "dəhşətə gəldiyini" deyib. O bildirib ki, Zamın nümunəsi “işgəncə altında çıxarılan və dövlət mediasında yayımlanan, insanları mühakimə etmək üçün əsas olaraq istifadə edilən məcburi etiraf nümunəsinin simvoludur.”

Jurnalistlərin Müdafiəsi Komitəsindən Şərif Mənsur jurnalistin ölümünü “dəhşətli və utancverici” adlandırıb.

Fransanın Xarici İşlər Nazirliyinin bəyanatında Zamın edamı "vəhşilik və qəbuledilməz hal" kimi xarakterizə edilib.

Fransa, Almaniya, Avstriya və İtaliya 14 dekabrda keçirilməsi planlaşdırılan Avropa-İran İş Forumundan imtina edib.

ABŞ-ın İran və Venesuela üzrə xüsusi nümayəndəsi Elliott Abrams Zamın edamının İran güləşçisi, çempion Navid Əfkarinin sentyabr ayında edamından sonra baş verdiyini diqqətə çəkib.

"Bu, güc və nəzarəti təmin etmək üçün beynəlxalq hüquqa və normalara meydan oxumaqdan çəkinməyən vəhşi və radikal bir rejimlə qarşılaşdığımızı bir daha xatırladır. Bu səbəbdən dünyada terrorizmə sponsorluq edən aparıcı dövlətin heç vaxt ölümcül silah əldə etməməsi çox vacibdir," Abrams bildirib.

XS
SM
MD
LG