Accessibility links

Breaking News

İsraillə BƏƏ arasında tarixi Yaxın Şərq sülh razılığı imzalanıb


ABŞ hökumətinin mövqeyini əks etdirən baş məqalə

Prezident Donald Tramp İsraillə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında tarixi sülh razılığına vasitəçilik edib. Bu, son 25 ildə İsraillə böyük ərəb ölkəsi arasında münasibətləri normallaşdıran ilk sazişdir. Ümid olunur ki, daha çox ərəb və müsəlman ölkələri BƏƏ-nin yolu ilə gedərək, İsraillə münasibətləri normallaşdıracaq.

Saziş İbrahim Razılığı kimi tanınacaq, çünki İncildə İbrahim regiondakı üç dinin, İudaizm, Xristianlıq və İslamın atası hesab olunur. ABŞ-ın İsraildəki səfiri Deyvid Fridman bunu belə izah edib: “Bu üç möhtəşəm din arasında birlik üçün potensialı İbrahimdən daha yaxşı heç kəs simvolizə etmir.”

İbrahim Sazişi Qüdsdə Əl-Əqsa Məscidində dua etmək istəyən dünya müsəlmanları üçün böyük bir irəliləyişdir, çünki onlar artıq Tel Əvivə birbaşa BƏƏ-nin paytaxtı Abu Dabidən uça biləcəklər. Saziş daha çox insanın Əl-Əqsa Məscidini ziyarət etməsini təşviq etməklə məscidin hücum altında olduğuna və müsəlmanların bu müqəddəs yerdə namaz qıla bilmədiklərinə dair saxta məlumatlar paylaşan ekstremistlərə müqavimət göstərəcək.

Prezident Tramp 2017-ci ildə Yaxın Şərqə ilk səfəri zamanı “Yaxın Şərqdəki problemlər yalnız bütün dinlərdən insanlar İslam ekstremizminə qarşı mübarizədə birləşib, bütün dinlərdən insanlar üçün iqtisadi imkanlar axatradığı zaman həll olunacaq” demişdi.

Sülh razılığına əsasən İsrail və BƏƏ səfirliklər yaradıb, səfirlər təyin edəcəklər və turizm, səhiyyə, ticarət və təhlükəsiz daxil olmaqla bir sıra məsələlər üzərinə əməkdaşlığa başlayacaqlar.

Ən sonda isə İbrahim Sazişi İsraillə fələstinlilər arasında davamlı sülhün təmin olunması üçün əsas yaradacaq.

“Bizim arzumuz regionda və dünyada sülh, təhlükəsizlik və rifahın təmin olunmasıdır. Bizim məqsədimiz ekstremizmə son qoymaq və övladlarımızı Allaha izzət verən ümidli bir gələcəklə təmin etmək məqsədini bölüşən ölkələr koalisiyasının olmasıdır.”

XS
SM
MD
LG