Accessibility links

Breaking News

İranın sabitliyi pozan fəaliyyətləri nüvə sazişinə qayıtmağın vacibliyini vurğulayır


Birləşmiş Ştatlar İranın bu yaxınlarda İraqın Kürdüstan regionuna hücumunu “ən sərt şəkildə qınayıb.” İranın İslam İnqilabı Keşikçiləri Korpusu açıq şəkildə hücuma görə məsuliyyəti üzərinə götürüb və hədəflərinin İsrailin “strateji mərkəzləri” olduğunu deyib.

ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan açıqlamasında bildirib ki, hücum “heç bir səbəb olmadan” baş verib. O yazıb ki, “Birləşmiş Ştatlar Baş nazir Kadimi və Kürdüstan regionunun liderləri, Prezident Neçirvan Barzani və Baş nazir Məsrur Barzani ilə birlikdə İranın və onun Kürdüstan regionunun suverenliyinə bu hücumu qınayır. Biz İraq hökumətini İranın məsuliyyətə cəlb etməsində dəstəkləyəcəyik.”

Birləşmiş Ştatların Mərkəzi Komandanlığının komandiri general Kennet Makkenzi bu yaxınlarda ABŞ Senatı qarşısında verdiyi ifadəsində deyib: “İran ABŞ-ın maraqlarına və bütövlükdə [Yaxın Şərq] regionunun təhlükəsizliyinə ən böyük təhdid olaraq qalmağa davam edir.” General Makkenzi həmçinin “[İranın] ballistik raket qüvvələrinin, onların PUA proqramı, uzaq mənzilli dronları və qurudan hücum edən qanadlı raket proqramlarının sayı və səmərəliliyinin nəzərəçarpacaq dərəcədə artması" ilə bağlı narahatlığını dilə gətirib.

Dövlət Departamentinin sözçüsü Ned Prays deyib ki, İranın bir sıra sahələrdə sabitliyi pozan fəaliyyəti, o cümlədən İraqa son raket hücumu, İran və ABŞ-ın İranın nüvə sazişi olan Birgə Hərtərəfli Fəaliyyət Planına qarşılıqlı şəkildə qayıtmasının nə üçün arzu olunan və təcili olduğunu açıq şəkildə göstərir. “İran tərəfindən qarşı-qarşıya qaldığımız və qarşılaşacağımız hər bir problemlə - istər onun vasitəçilərinə dəstəyi, istər terrorçu qruplara dəstəyi, istərsə də ballistik raket proqramı olsun”, üzləşmək İran nüvə silahına malik olsaydı daha çətin olardı”.deyə o bildirib.

Sözçü Prays deyib ki, "Birləşmiş Ştatlar inanır ki, İran nüvə razılığına qarşılıqlı olaraq əməl etməklə, biz İranın nüvə proqramına daimi, yoxlanıla bilən məhdudiyyətləri bərpa edə bilərik ki, İran heç vaxt nüvə silahı əldə edə bilməsin”.

“Bizim etmək istədiyimiz ilk şey İranın nüvə proqramını bərpa etmək və bu problemi həll etməkdir ki, müttəfiqlərimiz və tərəfdaşlarımızla işləyərək... İranın yaratdığı başqa təhdidlərin öhdəsindən gələ bilək" o bəyan edib.

XS
SM
MD
LG