Azad və demokratik cəmiyyət güclü, azad və müstəqil mətbuat olmadan mövcud ola bilməz.
Avtoritar hökumətlər məlumat axınına nəzarət etməyə çalışmaqla müstəqil medianı susdurmaq üçün geniş və çox vaxt qəddar kampaniyalar aparırlar.
Jurnalistlər, redaktorlar,naşirlər və digər media işçiləri sıxışdırılıb, saxlanılıb, fiziki hücuma məruz qalıb, hətta öldürülüb.
Bu il Rusiya daxilildə və Ukraynanın Rusiyanın nəzarətində olan hissələrində jurnalistlərin təhlükəsizliyi və iş şəraiti xüsusilə problematikdir.
“Rusiyanın Ukraynaya qarşı əsassız və səbəbsiz müharibəsini işıqlandırarkən azı 7 jurnalist öldürülüb. Ukraynanın Rusiyanın nəzarətində olan ərazilərində əlavə azı 21 jurnalist haqsız yerə həbs edilib, onların bir çoxunun taleyi məlum deyil. Bu rəqəmlər aysberqin görünən hissəsi ola bilər və Rusiya hökumətinin apardığı müharibə barədə həqiqəti əks etdirməkdən qorxduğunu vurğulayır,” ABŞ-ın BMT-nin İqtisadi və Sosial Şurasındakı nümayəndəsi Lisa Karti bildirib.
“Azad və müstəqil media informasiya və ideyaların azad mübadiləsində, korrusiyaya qarşı mübarizədə və hökuməti daha cavabdeh və şəffaf etmək səylərində mühüm rol oynayır,” səfir Karti deyib.
“Birləşmiş Ştatlar jurnalistlər və media işçilərinə qarşı bütün təhdidləri, təqibləri və zorakılıqları qınayır. Heç bir mətbuat üzvü heç kəs tərəfindən heç bir səbəblə təhdid olunmamalı və ya fiziki hücuma məruz qalmamalı və ya sadəcə olaraq işini gördüyünə görə saxlanılmamalı və həbs edilməməlidir. Heç bir jurnalist öz işini gördüyünə görə təqib, hədə-qorxu və ya zorakılıqla üzləşməməlidir”.”