Accessibility links

Breaking News

Kuba rejiminin Kuba xalqını istismar etməsinin qarşısı alınır


Birləşmiş Ştatlar Kuba rejiminin öz xalqını maddi istimar etmədi və büdcədən Venesuelanın qanunsuz Nikolas Maduro hökumətini dəstəkləmək üçün istifadə etməsinin qarşısını almaq məqsədilə addımlar atır.

Kuba hökuməti sərt valyutanı ələ keçirmək üçün xüsusilə iki çirkin üsullara əl atır. Hökumət vətəndaşlarının Kubadan kənarda yaşayan qohumlar və dostlarının göndərdiyi pulları oğurlayır. “Kuba bu yarımkürədə ordunun pul köçürmələrindən özünə pay alan yeganə ölkədir,” dövlət katibinin Qərb Yarımkürəsi Məsələləri üzrə müavini Maykl Kozal bu yaxınlarda Kubana İnsan Haqları ilə Bağlı Narahatlıqra üzrə keçirilən xüsusi brifinq zamanı söyləyib.

“Kuba ordusu öz məqsədləri üçün sərt valyutanı ələ keçirir və ondan Venesuelaya müdaxilə və iflasa uğrayan bizneslərini ayağa qaldırmaq üçün istifadə edirlər. Onlar həmçinin pulunun müəyyən faizini özlərinə alırlar və kubalları puldan qalan hissədən yalnız rejimin nəzarət etdiyi mağazalardan yüksək qiymətli məhsulları almağa məcbur edir.”

Birləşmiş Ştatlar buna son qoymaq üçün Kuba silahlı qüvvələrinin xaricdən gələn pulların manipulyasiya edilməsinin qarşısını alıb. Eyni zamanda Birləşmiş Ştatlar xaricdən gələn pulların özəl və mülki kanallarla axmasına imkan yaradır.

Birləşmiş Ştatlar həmçinin Kastro hökumətinin sərt valyuta əldə etmək üçün əl atdığı ikinci üsulla, yəni Kubanın xaricdəki tibbi missiyalarda iştirak edən tibbi mütəxəssislərdən sui istifadə etməsi iləbağlı beynəlxalq ictimaiyyəti maarifləndirir. “Bu, Kastro rejiminin baş gəlir mənbəyidir,” səfir Kozak deyib. “Rejim tibb işçilərini maaşlarının – qazanıb, amma görmədikləri maaşlarının- 90 faizindən məhrum edir.”

Birləşmiş Ştatlar həkimləri qorumağa, eyni zamanda isə rejimin bu gəlirini kəsməyə çalışır. “ Kuba işçilərinin işlədiyi ölkələr rejimin xəzinəsi doldurmaq əvəzinə işçilərin maaşlarını birbaşa onların şəxsi bank hesablarına köçürməlidirlər. Bəzi insanlar rejimin müqavimətinə rəğmən bunu etməyin mümkün olduğunu göstərib,” dövlət katibinin müavini vəzifəsini icra edən Kozak bildirib.

“Biz diqqəti Kastro rejiminin Kubadakı repressiyaları və Venesuelaya müdaxiləsini maliyyələşdirmək üçün istifadə etdiyi resursları əldə etməsinin qarşını almağa yönəltmişik. Biz bunu Kuba ordusu, təhlükəsizlik və kəşfiyyat qurumlarına qarşı hədəfli sanksiyalar vasitəsilə edirik,” o deyib.

“Bizim məqsədimiz repressiv Kuba rejimi deyil, Kubanın vətəndaş cəmiyyəti və özəl sektorunu gücləndirməkdir.”

XS
SM
MD
LG