ABŞ hökumətinin mövqeyini əks etdirən baş məqalə
Kubalı müstəqil jurnalist Roberto de Hesus Quinyones Kubada vicdan məhbusu kimi bir il əziyyət çəkəndən sonra nəhayət ailəsi ilə bir araya gəlib. Birləşmiş Ştatlar onun azadlığa buraxılmasına görə rahatlasa da, “onun sadəcə olaraq işini gördüyünə görə ədalətsiz şəkildə həbs edilməsini bir daha qınayır,” dövlət katibi Pompeo yaydığı bəyanatda bildirib.
Kuba rejimi 2019-cu ilin avqustun 7-də Quinyonesi şübhəli “müqavimət və itaətsizlik” ittihamları ilə günahkar tanıyararaq bir il əmək düşərgəsinə məhkum edib. Onun həbsi və məhkəməsində qanuni normalar pozulub. Kuba rəsmiləri Quinyonesi ona qarşı irəli sürülən ittihamları məhkəmədən bir neçə dəqiqə öncəyə qədər xəbərdardar etməyiblər və məhkəmə zalında vəkil tərəfindən təmsil olunmasına icazə verməyiblər. Rejimin ittihamçıları Quinyonesin onu həbs edən polisin ona xəsarət yetirdiyinə dair sübutları təqdim etməsinin qarşısını alıblar. Onun mart ayında şərti olaraq azadlığa buraxılmaq tələbi rədd edilib.
“Kuba rejiminin yeganə ‘cinayəti’ daha şəffaf cəmiyyət yaratmaq olan jurnalisti həbs etməsi biabırçılıqdır. Rüjim tənqidçilərini susdurmaq və insan haqlarını, o cümlədən fikir azadlığı və ədalətli məhkəmə haqlarını pozmaq üçün hər bir bəhanəyə əl atır.
Jurnalistləri Müdafiə Komitəsinin bildirdiyinə görə, Kuba America qitəsində mətbuat üçün şəratinin ən məhdud olduğu ölkədir. Təşkilat Kubanı senzuranın ən çox olduğu on ölkədən biri hesab edir. Çap və yayım mediası tamamilə Kuba Kommunist höküməti tərəfindən nəzarət olunur və qanuna əsasən, “sosialist cəmiyyətin məqsədlərinə uyğun” olmalıdır.
Birləşmiş Ştatlar dünya boyu demokratik tərəfdaşlarını Kuba ilə hər hansı danışıqlarda insan haqlarına, o cümlədən mətbuat azadlığına hörməti prioritetə çevirməyə çağırır.