Accessibility links

Breaking News

Kubanın dinc etirazçılara qarşı zorakı repressiyalarından sonra yeni sanksiyalar


İyul ayında dəyişiklik və azadlıq tələbilə küçələrə çıxan dinc etirazçılara qarşı Kuba hökumətinin şiddətli repressiyalarından sonra Bayden-Harris administrasiyası Kuba ordusunun liderinə və Daxili İşlər Nazirliyinin Xüsusi Milli Briqadasına sanksiyalar tətbiq edib.

Amerika Birləşmiş Ştatları insan hüquqlarının ciddi şəkildə pozulmasına görə məsuliyyət daşıyanları hədəf alan Qlobal Magnitski sanksiya proqramı çərçivəsində əlavə sanksiyalar irəli sürüb.

Yeni sanksiyalar PNR kimi tanınan Kuba Milli Polisinin direktoru Oskar Kallehas Valkarsel və direktor müavini Eddi Sierra Ariası hədəf alır.

ABŞ Dövlət katibi Antoni Blinken verdiyi açıqlamada "Oscar Kallehas Valkarsel və Eddi Sierra Ariasın rəhbərliyi altında PNR-ın dinc nümayişçilərə hücum etdiyini, onları döydüyünü" deyib.

ABŞ Maliyyə Nazirliyi PNR ilə qarşı-qarşıya gələn etirazçılar arasında həbsdə olan və itkin düşənlərin ailələrindən təşkil edilən 11 İyul Anaları Hərəkatının üzvlərinin də olduğunu qeyd edib.

Kamaqueydə katolik keşiş gənc etirazçıları müdafiə edərkən PNR tərəfindən döyülüb və həbs edillib. Dinc nümayiş keçirən bir neçə azyaşlı da döyülüb.

Sanksiyalar nəticəsində ABŞ-da olan və ya ABŞ sakinlərinin mülkiyyətində və ya nəzarətində olan təyin edilmiş şəxslərin bütün mülkiyyət və maraqları bloklanır və Maliyyə Nazirliyinin istisnaları olmadan ABŞ-dakı bu şəxslərlə bütün əməliyyatlar qadağan edilir.

Dövlət katibi Blinken deyib ki, "Kuba xalqının Kubanın polis dövlətinə qarşı çıxan və dünyaya mesaj göndərən etirazçıların cəsarətini tanıyırıq".

"Qlobal Magnitski proqramı çərçivəsində Kubanın qəddar polis qüvvələrini, Xüsusi Milli Briqadasını, Daxili İşlər Nazirliyini dəstəklə təmin edən hər bir fiziki şəxs və ya təşkilatın sanksiya riski ilə üzləşə biləcəyini açıq şəkildə bildiririk" - deyə, Binken əlavə edib.

Yeni sanksiyaların elan edildiyi gün Kuba mənşəli amerikalı liderlərlə görüşdə Prezident Bayden Kubadakı vəziyyəti "dözülməz" adlandırıb.

O, əlavə sanksiyalarla bağlı suala "Kubada ciddi bir dəyişiklik olmadığı təqdirdə, daha çox olacaq" - deyə cavab verib.

XS
SM
MD
LG