Accessibility links

Breaking News

Lukaşenko rejimi cavabdeh tutulur


Bu, Belarusdakı Lukaşenko rejiminin qanunsuz bir hərəkəti idi: Belarus jurnalisti Raman Prataseviç və aspirant Sofiya Sapeqanı həbs etmək məqsədi ilə iki Avropa İttifaqına üzv dövlət arasında ticarət hava yolu təyyarəsi uçuşunun mayın 23-də də məcburi endirilməsi.

Buna cavab olaraq, Amerika Birləşmiş Ştatları Avropa İttifaqı, Kanada və İngiltərə ilə əlaqələndirərək onlarla Belarusun fərd və təsisatlarına qarşı hərəkətə keçib. Lukaşenko rejiminə qarşı beynəlxalq ictimaiyyətin tətbiq etdiyi sanksiyaları da Belarus xalqının davamlı şiddətli repressiyalarına cavab olduğunu açıq şəkildə bildirib.

ABŞ Dövlət katibi Antoni Blinken 21 iyun tarixli açıqlamasında bu ölçülərin ABŞ tərəfindən "insan hüquqları, demokratik proseslər və əsas azadlıqlara hücumlar da daxil olmaqla, Belarusda davam edən repressiyaya" cavab olduğunu bir daha təsdiqləyib.

Dövlət Departamentinin Belarusla bağlı son insan hüquqları hesabatında Lukaşenko rejimi tərəfindən Belarus xalqına qarşı zorakılıqlar və digər repressiyalar qeyd edilib. Bunların arasında Lukaşenkonun təhlükəsizlik qüvvələri tərəfindən qanunsuz və ya özbaşına qətllər; həbs yerlərində işgəncə və ağır istismar; sərbəst ifadə, mətbuat və internetdə ciddi məhdudiyyətlər; vətəndaşların azad və ədalətli seçkilər yolu ilə hökumətlərini sülh yolu ilə dəyişdirə bilməmələri; və ciddi korrupsiya halları da yer alır.

Blinken ABŞ Dövlət Departamentinin Prezident Administrasiyasından hərbi və məhkəmə hakimiyyətinə qədər hökumətin əsas vəzifələrini tutan 46 Belarus məmuruna viza məhdudiyyətləri tətbiq etmək üçün hərəkətə keçdiyini açıqlayıb.

Maliyyə Nazirliyi 16 fiziki şəxs və beş müəssisəni müəyyən edib.

“Bu şəxslər 9 avqust 2020-ci ildə keçirilmiş saxta prezident seçkiləri və etirazçılara, jurnalistlərə, siyasi müxalifətə qarşı vəhşicəsinə təzyiqlərdən sonrakı fəaliyyətləri ilə Belarus xalqına zərər vermiş və ya Lukaşenkonun Belarus daxilində və xaricdəki repressiv siyasətini dəstəkləmişlər” - deyə, Blinken bildirib.

Dövlət Departamentinin sözçüsü Ned Prays "repressiyalar dayananadək Lukaşenko rejimindən hesabat tələb etməyə davam edəcəyik, biz təzyiqlərə son qoyulmasına, bütün siyasi məhbusların dərhal sərbəst buraxılmasına, müxalifət və vətəndaş cəmiyyəti ilə əsl dialoqa, ATƏT Mütəxəssis Missiyası hesabatında olduğu kimi beynəlxalq müşahidəçilərin iştirakı ilə azad və ədalətli seçkilərə çağırırıq. Demokratik, firavan bir gələcəyə can atan Belarus xalqının yanındayıq və rejimin insan hüquqlarına və əsas azadlıqlarına hörmət göstərilməsini dəstəkləyirik" deyib.

XS
SM
MD
LG