Accessibility links

Breaking News

Maduro rejimi Venesuelada ciddi insan haqları pozuntularına yol verib


BMT-nin Venesuela üzrə Müstəqil Beynəlxalq Fakt-Araşdırma Missiyası sentyabrda hesabat acıqlayıb. Həmin sənəd Venesuela hökuməti tərəfindən insanlığa qarşı cinayətlərin törədilməsinə inanmağa əsas verir. Bu sıraya qətllər, həbslər, işgəncə və yoxaçıxmalar daxildir.

BMT hesabatı bildirir ki, daha dəhşətlisi budur ki, “hesabatda sənədləşdirilən cinayətlərə prezident, daxili işlər, ədliyyə və sülh və müdafiə naizrlərinin töhfə verdiyinə inanmaq üçün əsas var. Digər sözlə, bu iyrənc insan haqları pozuntuları lap yuxarıdan başlayır.

BMT İnsan Haqları Şurası Fakt-Araşdırma Missiyasını 2019-cu ilin sentyabrında təsis edib. Missiyanın mandatı 2014-cü ildən bəri məhkəməsiz edamları, yoxaçıxmaları, arbitrar saxlanmalar və işgəncələri, digər qəddar və alçaldıcı əməlləri təhqiq etməkdir. Hesabat bu əməlləri törədənləri cavabdeh tutmaq üçün zəmin hazırlayır.

BMT hesabatının tapıntıları Venesuelada demokratiyaya azad və ədalətli keçidin vacibliyini vurğulayır. Bu, qeyri-legitim Nikolas Maduro rejiminin əllərində milyonlarla venesuelalının əzabına son qoymağın və rejimin dəhşətli cinayətlərinin qurbanlarını ədalətə qovuşdurmağın yeganə yoludur.

“Birləşmiş Ştatlar Venesuela xalqının yanındadır – o xalq ki, onları qorumağa və onlara xidmət etməyə məsul olanların zorakılıq qorxusundan azad yaşamağa layiqdir,” USAID-nin əvəzləyici administratoru Con Barsa bəyanatda bildirib.

Müvəqqəti Prezident Xuan Quaydo və onun Müvəqqəti Hökuməti, demokratik seçilmiş Milli Assambleyanın üzvləri, insan haqları müdafiəçiləri və müstəqil media hamısı Venesuelada demokratiya uğrunda mübarizəni yaşatmaqda önəmli rol oynayırlar. “Onlar əsl qəhrəmanlardır,” Barsa bildirib, “və mən əminəm ki, onlar müyəssər olacaqlar.”

Beynəlxalq ictimaiyyət Venesuelada demokratik idarəçiliyin bərpası naminə azad və ədalətli prezident və parliament seçkiləri çağırışlarında vahid mövqe sərgiləməlidir. Birləşmiş Ştatlar Venesuelada insan haqlarına hörmət ediləcək və azadlığın qayıdacağı günü bayram edəcəyinə ümidlə baxır.

XS
SM
MD
LG