Accessibility links

Breaking News

Maduronun Mərhəmət Görüntüsü


Avqustun 31-də Venesuelada Nikolas Maduronun qeyri-legitim rejimi 100 adamı, o cümlədən siyasi məhbusları şərti olaraq əfv edəcəyini bəyan edib. Bunlardan 50-si hazırda həbsdədir, 37-si üzərində istintaq gedir və 23-ü artıq sərbəst buraxılmışdı. Bu addımdan öncə qeyri-legitim rejim 386 siyasi məhbus saxlayırdı.

Foro Penalın bildirdiyinə görə, hazırda 333 venesuelalının qeyri-legitim rejimin qeyri-legitim prezidentinə siyasi müxaliflçilikdən başqa həbsdə saxlanılmasına heç bir əsas yoxdur.

“Bu ittihamların aradan qaldırılması şərtidir və rəsmilər fərdlərə rejim tərəfindən arbitrar qaydada müəyyən ediləcək “terrorizm əməllərinə, zorakılıqlara və çevrilişə çağırışlara qayıtdıqları halda” yenidən ittihamları bərpa etməklə xəbərdarlıq ediblər,” ABŞ Dövlət Katibi Mayk Pompeo yazılı bəyanatda bildirib.

“Mühacirətdə olan əksər Venesuela demokratik siyasi liderləri ölkəyə qayıda bilməyəcəklər, çünki onlar bilirlər ki, istənilən an həbs oluna bilərlər; onların təhlükəsizliyinə təminat sıfırdır. Milli Assambleyanın rəhbər müavini Xuan Requesensə qarşı ittihamlar qaldırılmayıb və o, hələ də ev dustaqlığında qalır. Requesens buraxılan gün Milli Assambleyanın rəhbər müavini Armando Armasın anası arbitrar şəkildə saxlanılıb. Bu, bizə bir daha xatırladır ki, rejim Maduronun 6 dekabr seçki məzhəkəsində iştirak etməyə vadar etmək üçün qurduğu fırlanan intimidasiya və həbs qapısı açıq qalır,” Pompeo yazıb.

Bu dırnaqarası “əfv” Venesuelada 6 dekabr səsverməsinə legitimlik donu geyindirmək üçün siyasi hoqqadır. Milli Assambleyanın bütün 167 yerləri, o cümlədən Maduronun siyasi rəqibi Xuan Quaydonun yeri üzərində yarış gedəcək. O, ötən ilin yanvarından bəri Milli Assambleyanın prezidenti olaraq konstitutsional qaydada ölkənin müvəqqəti Prezidentidir.

Maduro həmçinin konstitutsiyaya zidd olaraq toplam yerlərin sayını 110 yer artıraraq hər vəchlə saxta çoxluq əldə etməyə can atır.

“Venesuelada azad və ədalətli seçkilər üçün şərtlər mövcud deyil və siyasi məhbusların bir neçəsinin buraxılması bunu dəyişmir. Rejim tərəfindən siyasi rəhbərlikləri aradan götürülmüş, adları, siumvolları və vəsaitləri oğurlanmış siyasi partiyaların heç biri bərpa edilməyib. Rejimin siyasi opponentlərinin çoxu seçkilərdə iştirakdan məhrum ediliblər və siyasi hüquqlara malik deyillər,” Pompeo bildirib.

“Biz həm Venesuela daxilində, həm də xaricində olan bütün demokratik fiqurları azad və ədalətli seçkilər üçün beynəlxalq qaydada qəbul olunan şərtlərin bərpasına təkid etməyə çağırırıq. Bizim Venesuelada demokratik tərəfdaşlarımız və beynəlxalq ictimaiyyət Maduro rejimi tərəfindən həyata keçiriləcək növbəti saxtakarlığa legitimlik donu geyindirilməsinə töhfə verməyəcək. Venesuela vətəndaşları öz ölkələrində demokratiya bərqəqrar etmək üçün apardıqları mücadilədə bizim davamlı həmrəyliyimizə layiqdir.”

XS
SM
MD
LG