Accessibility links

Breaking News

Navalnının zəhərlənməsinə görə Rusiyaya sanksiyalar tətbiq edilir


2020-ci ilin avqust ayının 20-də Rusiyanın antikorrupsiya fəalı və Prezident Vladimir Putinin tənqidçisi Aleksey Navalnı Rusiyada daxili reys zamanı dəhşətlişəkildə xəstələnmişdi. Almaniya xəstəxanasında müalicəsi zamanı Almaniya, Fransa, İsveçvə Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatı tərəfindən aparılan toksikoloji testlər Navalnının Noviçok sinir agenti maddəsindən zəhərləndiyini göstərmişdi.

2021-ci ilin yanvarında sağaldıqdan sonra vətəninə geri dönən Navalnı tutularaq, mühakimə edilib və 2014-cü ildə siyasi motivli mühakimədənporolla çıxdığı şərti azadlığı pozduğu üçün 2 il 8 ay həbs cəzasına məhkum edilib.

Martın 2-də ABŞ Dövlət Katibi Antoni Blinken Rusiya hökümətinin öz vətəndaşlarına qarşı kimyəvi silahdan istifadə etməklə Kimyəvi Silahlar Konvensiyasını pozduğunu deyib. Buna cavab olaraq ABŞ Avropa İttifaqı ilə paralel olaraq Rusiyaya qarşı sanksiyalar tətbiq edir.

Blinken yazılı açıqlamasında “ABŞ-ın Rusiya müxalifət lideri Aleksey Navalnıya 2020-ci ilin avqust ayında sui-qəsd cəhdində Rusiya Federasiyasının kimyəvi silah istifadə etməsini və 2021-ci ilin yanvarında həbs olunmasını pisləyərək, Avropa İttifaqına qoşulduğunu” deyib.

“Biz AB-nin Rusiyanın dərinləşən avtoritarizmi ilə bağlı narahatlıqlarını bölüşürük və Aİ-nin Rusiyaya qarşı sanksiyalar tətbiq etmək qərarını alqışlayırıq,” deyə Blinken bildirib.

Dövlət Departamenti Rusiyaya 2018-ci ildə İngiltərədə Sergey Skripala qarşı Noviçok hücumundan sonra tətbiq olunan mövcud sanksiyaları genişləndirir.

Maliyyə Nazirliyi və Dövlət Departamenti Rusiya Federasiyasının kimyəvi silah proqramı və müdafiə və kəşfiyyat sektorları ilə əlaqəli çox sayda fərdi və şəxsinə sanksiya tətbiq edir.

Müdafiə avadanlıqları və müdafiə xidmətlərinin ixracı inkar edilən ölkələr sırasına Rusiya da əlavə ediləcək.

“ABŞ hökuməti Rusiyaya kimyəvi silahdan və insan haqlarından sui-istifadə etməsinin ağır nəticələrə səbəb olduğuna dair açıq bir siqnal göndərmək üçün səlahiyyətlərindən istifadə edir. Kimyəvi silahların istifadəsi qəbuledilməzdir və beynəlxalq normalara ziddir,” Blinken əlavə edib.

“ABŞ davamlı olaraq Navalnıya qarşı qanuni hücumu siyasi motivli hesab edir və bu dəyərlənidrməni Böyük Yeddilik və Avropa İnsan Haqları Məhkəməsi kimi tərəfdaşlarımız bölüşür. Rusiya hökumətinin Navalnının dərhal və qeyd-şərtsiz etməsi üçün çağırışımızı təkrar edirik,” Blinken bildirib.

XS
SM
MD
LG