Accessibility links

Breaking News

İranda informasiya azadlığının təşviqi


İran hökuməti 80 milyon vətəndaşının və dünyanın Məhsa Əmininin İranın əxlaq polisinin əlində vəhşicəsinə öldürülməsinin səbəb olduğunu dinc nümayişçilərə qarşı zorakı təqiblərini izləməsinin qarşısını almaq üçün ölkə vətəndaşlarının əksəriyyətinin internetə çıxışını kəsib. “Məhsa Əmini duyğusuzcasına, faciəvi şəkildə öldü və indi də hökumət onun itkisindən haqlı olaraq qəzəblənən dinc etirazçıları zorakılıqla əzir,” Dövlət katibi Antoni Blinken deyib. “Aydındır ki, İran hökuməti öz xalqından qorxur.”

Xanım Əmini, deyilənə görə, hicabı düzgün geyinmədiyinə görə İranın əxlaq polisi tərəfindən saxlanılıb. O, polisin nəzarətində ikən ağır xəsarətlər alıb və daha sonra komaya düşərək xəstəxanada həyatını itirib. Mətbuatda yer alan məlumatlara əsasən, İran boyu ən azı 76 nəfər ölüb, 1200-dən çox insan həbs edilib. Etirazçılar İranda hicabın məcburi taxılmasına və qadınlara qarşı başqa hüquq pozuntularına son qoyulmasını tələb edirlər. Etirazlar ölkənin ən azı 80 şəhərinə yayılıb.

İran hökuməti dinc nümayişçilərə atəş açdığı və xalqının qlobal internetə çıxışını kəsdiyi bir vaxt, Birləşmiş Ştatlar İran xalqının internet vasitəsilə məlumatlara sərbəst çıxış əldə etməsinə kömək etmək üçün tədbirlər görür. Buna görə də ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi Ümumi D-2 Lisenziyası verib ki, bu, texnologiya şirkətlərinə İranda insanlara bulud hesablama xidmətlərindən tutmuş onlayn təhlükəsizliklərini artırmaq üçün daha yaxşı alətlərə kimi daha çox rəqəmsal xidmətlər təqdim etməyə imkan verən genişləndirilmiş səlahiyyətdir.

Bu addımlar iranlılara İran hökumətinin onları izləmək və onlara senzura tətbiq etmək səylərinə qarşı çıxmağa kömək edəcək. Bu yenilənmiş ümumi lisenziya ilə iranlılara səlahiyyətli xidmətlər təklif edib-etməmək barədə qərar vermək artıq texnologiya şirkətlərinin ixtiyarındadır.

ABŞ hökuməti İran xalqının hökumətin qisasından qorxmadan sərbəst kommunikasiya qura bilməsini dəstəkləmək imkanlarını axtarmağa davam edəcək.

XS
SM
MD
LG