Accessibility links

Breaking News

Qərb Yarımkürəsində İqtisadi Artımın Təşviqi


“Latın Amerikasında iqtisadi artımı təşviq etmək indi ələlxüsus vacibdir, çünki region COVID-19-la çarpışır və dirçəlməyə can atır,” ABŞ-ın Qərb Yarımkürəsi Məsələləri üzrə Elçi vəzifəsini icra edən Səfir Maykl Kozak bildirib.

Birləşmiş Ştatlar Qərb Yarımkürəsi ölkələrinin üçdə ikisinin başlıca ticarət partnyorudur. Regionda iqtisadiyyatlar açıldıqca Birləşmiş Ştatlar post-COVID dönəmində iqtisadi artımı sürətləndirmək üçün Amerikalarda Artım yaxud "América Crece" təşəbbüsü çərçivəsində öz üzərinə düşən vəzifəni yerinə yetirir.

Regionda ölkələr kritik infrastruktur çatışmazlıqları ilə üzləşir ki, bunlar iqtrisadi artımı əngəlləyir. América Crece ABŞ hökumətinə məxsus resursları və ekspertizanı bütün region boyu enerji, nəqliyyat və telekommunikasiya infrastrukturunda özəl sektora investisiyaya yönəldir.

Bugünədək Birləşmiş Ştatlar América Crece razılaşmalarını 10 tərəfdaş ölkə ilə imzalayıb. Bu sıraya Panama, Çili, Yamayka, Argentina, Kolumbiya, El Salvador, Ekvador, Braziliya, Honduras və Boliviya daxildir. Bu razılıqlara tərəfdaş ölkələrin yüksək standartlı beynəlxalq praktikaya müvafiq olaraq rəqabətcilliyi və şəffaflığı gücləndirmək üçün öhdəliklər daxildir.

ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyası (DFC) Amerkanın inkişaf bankıdır və América Crece təşəbbüsünə investisiya dəstəyini təmin etmək üçün əhəmiyyətli vasitədir. Birləşmiş Ştatlar DFC-nin regionda növbəti beş ildə $12 milyard həcmində investisiya cəlb edəcəyini gözləyir.

Qərb Yarımkürəsi iqtisadiyyatlarının dirçəlməsində digər mühüm amil beynəlxalq maliyyə təsisatları, o cümlədən İnter-Amerika İnkişaf Bankıdır.

Demokratiya etibarlı infrastrukturun qurulmasında və Amerikalarda iqtisadi artımın gələcəyində başlıca rol oynayır. COVID-19 pandemiyası etibarlı partnyorlarla təchizat zəncirinin qorunub-saxlanılmasının önəmini bariz şəkildə göstərdi.

Səfir Kozakın vurğuladığı kimi, ölkələr, o cümlədən Birləşmiş Ştatlar “Çində istehsal olunan mallardan asılılığı azaltmalıdır.” Bu üzdən “Birləşmiş Ştatlar hemisferik şimal-cənub təchizat zəncirini yenidən qurmalı və ABŞ təchizat zəncirlərini gücləndirmək və şaxələndirmək üçün səylər göstərir. Məqsəd mənbələri və istehsalatı vətənə yaxınlaşdırmaqdır.”

Birləşmiş Ştatlar Qərb Yarımkürəsində COVID-19 pandemiyasının fəsadlarını aradan qaldırmaqda əsas tərəfdaş olmaqda davam edəcək. Bu arada, Səfir Kozakın sözlərinə görə, artım demokratik təısisatların möhkəmlənməsində və azadlıq yarımkürəsi vizyonunu tamamlamaqda əsas şərt olaraq qalır.

XS
SM
MD
LG