Yaxın keçmişdə qadın haqları və gender bərabərliyinə qarşı aqressiv müqavimət müşahidə olunub. Birləşmiş Millətlər Təşkilatının bildirdiyinə görə, qadınlar üçün bərabər hüquqlara qarşı həmişə müəyyən müqavimət olsa, gender bərabərliyinə və qadın hüquqlarının fəallığına qarşı çıxan səslər son vaxtlar daha yüksək, daha qlobal və daha mütəşəkkildir.
“Təəssüf doğuran fakt odur ki, son 12 ayda dünya boyu qadınlar və qızlar hücumlara məruz qalıb,” ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild deyib. “Əfqanıstanda, İranda, Ukraynada və saysız-hesabsız başqa ölkələrdə və kontekstlərdə qadınlar və qızlar bənzəri olmayan hücum və təhdidlərlə üzləşirlər.”
Birləşmiş Millətlər Təşkilatının Qadınların Vəziyyətinə dair Komissiyasının 67-ci sessiyası ərəfəsində çıxış edən səfir Tomas-Qrinfild qeyd edib ki, qadınların irəliləməsinə qarşı çıxanların öz ideologiyalarını yaymaq üçün istifadə etdikləri mühüm alət olan rəqəmsal texnologiyanın qlobal əhatə dairəsini və qadınların üzləşdiyi maneələrin ümumbəşəri xarakterini nəzərə aldıqda, bu ilki mövzu münasibdir: rəqəmsal məkanlarda gender bərabərliyinin inkişafı.
“Texnologiya gender əsaslı zorakılığı getdikcə asanlaşdırır. Onlayn məkanda geniş yayılmış ayrı-seçkilik və zorakılıq qadınların və qızların səhiyyə, təhsil və sosial xidmətlərə çıxışını təhdid edir. Bu, bizi hüquqlarımızdan məhrum edir” o deyib.
“Bizim müasur dünyamızda, rəqəmsal aləmin fiziki qədər həqiqi olduğu aləmdə, qadın və qızların hüquqları həm onlayn həm də oflayn müdafiə olunmalıdır.”
Ancaq biz gender bərabərliyinə nail olmaq üçün texnologiyanın gücündən istifadə etsək də, kənddə yaşayan qadınlar və qızların da geridə qalmadığından və ya unudulmadığından əmin olmalıyıq.
Birləşmiş Ştatlar öz növbəsində “onlayn təcavüz və sui-istifadə hallarının aradan qaldırılması üçün işçi qrupu yaradıb ki, o, rəqəmsal zorakılıqla mübarizə üçün proqramlar, hesabatlar, qaynar xəttlər, sorğular və tədqiqat mərkəzləri yaradır.” Çoxtərəfli sahədə isə Birləşmiş Ştatlar Gender Əsaslı Onlayn Təcavüz və Sui-istifadəyə Qarşı Qlobal Fəaliyyət Tərəfdaşlığının bir hissəsi olmaqdan qürur duyur.
“When it comes to the status of women, we face an inflection point,” said Ambassador Thomas-Greenfield. “Will we let women and women’s rights face constant assault, each year worse than the next? Or will we make progress, and work together to do everything we can to protect, support, and uplift women and girls around the world?” she said.
“Qadınların statusuna gəlincə, biz dönmə nöqtəsi ilə qarşı-qarşıyayıq,” Səfir Tomas-Qrinfild deyib. “Biz qadınların və qadın hüquqlarının hər il bir öncəki ildən daha pis, davamlı hücumlarla üzləşməsinə icazə verəcəyikmi? Yoxsa biz irəliləyiş əldə edib, bütün dünyada qadınları və qızları qorumaq, dəstəkləmək və yüksəltmək üçün əlimizdən gələni etmək üçün birlikdəmi çalışacağıq?” o deyib.
“Mən bilirəm ki, biz mənim qız nəvələrim və indi böyüyən bütün balaca qızlar üçün daha yaxşı dünya qura bilərik.”