Accessibility links

Breaking News

Rusiya din azadlıqlarını boğur


Yehova Şahidlərinin üzvləri məhkəmə hökmünə reaksiya verir. 20 aprel, 2017. Rusiya Ali Məhkəməsi bu etiqadın daşıyıcılarının fəaliyyətini qadağan edib.
Yehova Şahidlərinin üzvləri məhkəmə hökmünə reaksiya verir. 20 aprel, 2017. Rusiya Ali Məhkəməsi bu etiqadın daşıyıcılarının fəaliyyətini qadağan edib.

Rusiya hökuməti azlıqların dini təriqətləri və təşkilatlarını hədəf alaraq onlara qarşı təzyiqlərini davam etdirir.

Yehova Şahidləri səlahiyyətlilər tərəfindən xüsusi təqiblərə məruz qalırlar.

Bu yaxınlarda Rusiya məhkəməsi Yehova Şahidi Aleksandr İvşini dini praktikasına görə yeddi il yarım həbs cəzasına məhkum edib. Bu, Rusiya Ali Məhkəməsinin Yehovanın Şahidlərinin inanc qrupunu “ekstremist” adlandıraraq, fəaliyyətini qadağan etdiyi 2017-ci il tarixli qərarından sonra verilən ən sərt hökmdür.

İvşinin ekstremist davranışı kimi irəli sürülən ittihamıonun qrupun digər üzvləri ilə onlayn Müqəddəs Kitabı öyrənməsidir.

Fevralın 10-da Moskva və ətraf bölgə polisi Yehova Şahidləri üzvlərinin 15-nin evində axtarış aparıb və bir neçə şəxsi sorğu-sual üçün nəzarət altına alıb.

Onlardan üçü hələ də həbsdədir. Elə həmin gün Kurskun vilayət məhkəməsi 2017-ci ildən bəri altı illik həbs cəzası çəkən Yehova Şahidlərinin danimarkalı üzvünün sərbəst buraxılması tələbini rədd edib.

Bu, son illərdə kəskinləşən trayektoriyanın tərkib hissəsidir.

ABŞ-ın Beynəlxalq Dini Azadlıq Komissiyasının bildirdiyinə görə, Rusiya hökuməti 2019-cu ildə “qeyri-ənənəvi” dini azlıqları ekstremizmlə mübarizə bəhanəsi ilə cərimələr, saxlanmalar və cinayət ittihamları ilə hədəf almaqda davam edib.

Rusiya qanunvericiliyi kifayət qədər müəyyənləşdirmədən ‘ekstremizm’ termini ilə dini azlıqları cinayət məsuliyyətinə cəlb edir. Bu isə dövlətə qeyri-zorakı dini qrupları mühakimə etməsinə imkan verir.

Mətbuat məlumatları və insan haqları QHT-lərinin bildirdiyinə görə, vəziyyət keçən il daha da pisləşib.

Bildirildiyinə görə, Rusiya polisi 1296 evə basqın edib, 435 Yehovanın Şahidinə qarşı 197 cinayət işi açıb. 42 nəfər hazırda həbsdədir və 27 nəfər ev dustaqlığındadır.

Kilsələrin əmlakına əl qoyulub və təqiblər nəticəsində 2017-ci ildən bəri 5000 ilə 10000 arasında Yehovanın Şahidlərinin ölkədən qaçdığı düşünülür.

"ABŞ Rusiyanın Yehovanın Şahidlərinə və digər dini azlıqlara qarşı davamlı təzyiqlərini ciddi şəkildə qınayır," ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays açıqlamada deyib. "Birləşmiş Ştatlar insan hüquqları məsələsi kimi bütün insanların öz vicdanlarının hökmlərinə əsasən inanmaq və ya inanmamaq hüququna sahib olduqlarını təsdiqləyir."

XS
SM
MD
LG