Accessibility links

Breaking News

Rusiyadan Navalnı ilə bağlı cavablar tələb edilir


Amerika Birləşmiş Ştatları da daxil olmaqla, 45 ölkə Rusiyanın Kreml tənqidçisinin zəhərlənməsi ilə bağlı suallara cavab verməsini tələb edir.

2020-ci ilin avqustunda Navalny Sibir səfəri zamanı sui-qəsd cəhdindən xilas olub. O, Almaniyada tibbi müalicədən sonra Rusiyaya qayıtdıqda saxta ittihamla həbs edlib.

ABŞ hökuməti hesab edir ki, Rusiyanın FSB Kəşfiyyat Agentliyinin agentləri Novichok sinir maddəsindən istifadə edərək Navalnını zəhərləyib.

45 ölkə oktyabrın 5-də Haaqada sui-qəsd cəhdi ilə bağlı Rusiya Federasiyasına suallar təqdim edib.

Sualların təqdimatı kimyəvi silahın qadağan edilməsi ilə bağlı təşkilatın və ya OPCW-nin iclası ilə üst-üstə düşüb. 41 üzvlü OPCW kimyəvi silah konvensiyasına effektiv həyata keçirilməsini və uyğunluğunun təbliğinə dair siyasət hazırlayan orqandır.

Kimyəvi silah konvensiyasına üzv bir dövlət kimi Rusiyadan 10 gün ərzində suallara cavab vermək tələb olunur.

"Rusiyanın öz ərazisində kimyəvi silahdan istifadəyə dair araşdırmada atdığı addımların detallarını ətraflı izah etməsi vacibdir" - deyə, 45 ölkənin birgə bəyanatında bildirilib.

Digər bir açılamada ABŞ Dövlət Departamenti bildirib ki, ABŞ və beynəlxalq ictimaiyyətdə bir çoxları uzun müddətdir Rusiyanın 20 avqust 2020-ci il tarixində kimyəvi silahla Navalnıya qarşı sui-qəsd cəhdinə aydınlıq gətirməsini və bununla bağlı OPCW ilə əməkdaşlıq etməsini gözləyir.

"Rusiyanın zəhərlənmə ilə bağlı şəffaflığının və əməkdaşlığının davamlı olmaması xüsusi narahatlıq doğurur. Kimyəvi silahların hər hansı bir növündən istifadəs qəbuledilməzdir və onlardan istifadə edən hər kəs müəyyənləşdirilməli və onlarla hesab aparılmalıdır ... Bu cür hərəkətlər cəzasız qalmamalıdır" - deyə, Dövlət Departamenti bildirib.

"ABŞ Rusiyanı öz öhdəliklərinə uyğun olaraq sualları cavablandırmağa və beynəlxalq ictimaiyyətə nə etdiyini və ya Rusiya ərazisində kimyəvi silahdan istifadə etmədiyini bildirməyə çağırır.

XS
SM
MD
LG