Accessibility links

Breaking News

Rusiya Ukraynaya qarşı hərbi cinayətlərə görə cavabdehlik daşıyacaq


Rusiya qonşusuna hərbi müdaxiləsinin ilk günlərindən bəri Ukraynanın mülki əhalisinə qarşı kobud və sistematik pozuntular kampaniyası həyata keçirib. Bir sıra dəlillər mülki infrastruktura, o cümlədən məktəblər və xəsətəxanalara hücumlardan tutmuş mülki vətəndaşlara qarşı dəhşətli şiddət və ukraynalı mülki vətəndaşların açıq-aşkar qətlinə kimi minlərlə insanlığa qarşı cinayət və müharibə cinayətlərinin olduğunu göstərir.

ABŞ-ın Qlobal Cinayət Ədaləti üzrə elçisi Bet Van Şaak xüsusi brifinqdə deyib ki, bu cinayətlərə görə ədalət və cavabdehlik məsələsinə gəldikdə, ədalətə aparan beş yol var.

Birincisi, Beynəlxalq Cinayət Məhkəməsidir.

“Biz prokurorun uşaqların Ukraynadan və müvəqqəti nəzarət və ya işğal altında olan ərazilərdən Rusiyaya, adətən ucqar ərazilərə deportasiya edilməsini və həmin uşaqları onları geri istəyən sevdikləri insanların, ailələrinin, qəyyumlarının olmasına rəğmən ovladlığa verilməyə və başqa vəziyyətlərə məruz qoyulduğunu diqqətə alaraq, ilk addımı atdığını və Rusiya daxilində çox yüksək vəzifəli şəxslər üçün iki həbs orderi çıxarmağa müəvvəq olduğunu gördük.”

“İkincisi … Ukraynanın milli məhkəmələrində olan işlər var,” səfir Van Şaak deyib.

“ABŞ, Böyük Britaniya və Avropa İttifaqının birgə təşəbbüsü olan Qəddar Cinayətlər üzrə Məsləhət Qrupu yerdə tam şəkildə fəaliyyət göstərir. İndiyədək qeydə alınmış on minlərlə potensial müharibə cinayətlərini və digər vəhşilikləri nəzərdən keçirməyə kömək etmək üçün ukraynalı həmkarları ilə çiyin-çiyinə işləmək üçün ora bir sıra ekspertlər göndərmişik.”

Üçüncüsü, Avropa ölkələri fərdi cinayətkarların onların sərhədlərinə və ya yurisdiksiyalarına daxil olduqları hallar üçün istintaqlar başladırlar.

Dördüncüsü, Haaqada iyulun 4-də Rusiyanın yüksək səviyyəli liderlərinə qarşı ölkələrinin Ukraynaya hərbi müdaxiləsindən qaynaqlanan aqressiya cinayətləri səbəbilə iş qaldıran ölkələri dəstəkləyən beynəlxalq mərkəz açılıb.

Və nəhayət, “[Birləşmiş Ştatların] baş prokuroru Müharibə Cinayətləri üzrə Hesabatlılıq Komandası yaradıb,” səfir Van Şaak deyib.

“Bizim müharibə cinayətlərinə görə cavabdehlik üzrə xüsusi komandamız var ki, onlar ABŞ-la müəyyən əlaqəsi ola biləcək və Konqresin təmin etdiyi yeni hüquqi səlahiyyət çərçivəsində burada, ABŞ məhkəmələrində mühakimə oluna biləcək işlərə baxır. ”

“Rusiya suveren qonşusuna hərbi müdaxilə etməyi seçməsəydi, biz bu dəhşətli müharibə cinayətlərinin baş verdiyini görməyəcəkdik,” səfir Van Şaak deyib. “Ona görə də, Ukrayna üçün bu cinayətlərin mühakimə olunması son dərəcə vacibdir.”

XS
SM
MD
LG