Accessibility links

Breaking News

Sülh Korpusunun 60-cı ildönümü


60 il əvvəl Prezident Con Fitzcerald Kennedi Sülh Korpusunu təsisinə dair sərəncam imzaladı.

"Ümid edirəm ki, bu, amerikalıların məmnuniyyət mənbəyi və dünya sülhünə bir töhfə olacaq," Prezident Kennedi sənədi imzalayarkən demişdi.

Sülh Korpusu ABŞ höküməti tərəfindən idarə olunan kiçik müstəqil qurumdur. Sahə işçiləri kənd təsərrüfatı, səhiyyə, icma iqtisadiyyatı və gənclərin inkişafı sahələrində böyük müəllimlər və mütəxəssislər olan könüllülərdən ibarətdir.

Onlar az inkişaf etmiş və ya az təminatlı bölgələrdə məhsuldarlığı artırmaq və etimadın təşviqi iləinsanların həyatlarını yaxşılaşdırmaq üçün çalışırlar. Agentliyin öz sözləri ilə desək, məqsəd “maraq göstərən ölkələrin insanlarına ehtiyaclarını ödəməsinə, təlim keçmiş kişi və qadınların amerikalıları daha yaxşı tanıtmasına və amerikalılar tərəfindən digər insanların daha yaxşı anlaşılmasına kömək etməkdir."

Həqiqətən, hər şeydən çox Sülh Korpusu amerikalılarla dünyanın digər mədəniyyətləri arasında qarşılıqlı anlaşmanı inkişaf etdirmək üçün təsis edilib. Təlim almış könüllülər dünyanın inkişaf etməkdə olan ölkələrində yaşamaq və işləmək üçün göndərilir və qəbul olunan ölkəyə ixtisaslı işçilərə olan ehtiyacını ödəməyə yardım edir.

Onlar yerli əhali arasında yaşadıqları üçün ətrafdakı insanlar və mədəniyyət haqqında məlumat alır və hələ də öyrənirlər. Eyni zamanda, onlarla işləyən və yaşayan yerli insanlar amerikalıları özlərindən çox fərqlənməyən insanlar kimi tanıyır.

2019-cu ilin iyun ayından etibarən 141 ölkədə 235 000 könüllü xidmət edib. Hər bir könüllü iki il müddətində çalışır. Onlara kirayə, yemək və bir neçə əsas xərcləri ödəmək üçün təqaüd xaricində heç bir ödəniş edilmir.

Könüllülərin missiyası COVID-19 səbəbi ilə xidmət etdikləri insanların zamanları və ehtiyaclarına uyğunlaşdırılıb.Bu gün məhdudiyyətlərə görə könüllülər xarici ölkələrə göndərilmir. Pandemiya nəzarət altına alındıqdan sonra onlar işlərini davam etdirəcək.

"Mənə görə, Sülh Korpusunun əsas məqsədi sadə xidmətlərlə sərhədlər, nəsillər və zaman boyunca təsirini əsirgəməməkdir. Bu, hər gün yanımda daşıdığım bir dərsdir," Prezident Con Kennedinin qardaşının üçüncü nəvəsi Cozef Patrik Kennedi deyib.

XS
SM
MD
LG