ABŞ hökumətinin mövqeyini əks etdirən baş məqalə
Tarixi gərginliklərə baxmayaraq Serbiya və Kosovo iqtisadi əlaqələri normallaşdırmaq yolunda cəsur addımlar atıblar. İki ölkə sentyabrın 4-də Birləşmiş Ştatların vasitəçiliyi ilə razılıq imzalayaraq, bir sıra iqtisadi məsələlər üzərində əməkdaşlıq etmək öhdəliklərini rəsmiləşdiriblər.
Ağ Evdə keçirilən imza mərasimində prezident Donald Tramp bildirib ki, Serbiya prezidenti Aleksandr Vuçiç və Kosovo baş naziri Avdullah Hotinin birlikdə işləmək qərarı region və dünyanı daha təhlükəsiz edir.
“Şiddətli və faciəvi tarixdən və illərlə iflasa uğrayan danışıqlardan sonra mənim administrasiyam uçurumu birləşdirməyin yeni yolunu təklif etdi. İki ölkə diqqəti iş yerlərinin yaradılması və iqtisadi inkişafa yönəltməklə böyük irəliləyiş əldə etdi. Biz bunu etdiklərinə görə bu iki liderlə qürur duyuruq. Bəlkə də ən vacibi, onların xalqları da onlarla qürur duyur. Bu tarixidir.”
1990-cı illərin əvvəlində Yuqoslaviyanın dağılmasından və bunun ardınca baş verən Balkan müharibələrindən sonra Kosovo Serbiyadan ayrıldı və 2008-ci ildə müstəqilliyini elan etdi. Serbiya hələ də Kosovonun müstəqilliyini tanımır. Qərbin son 20 ildə iki ölkə arasında hərtərəfli siyasi normallaşdırma razılığına vasitəçilik etmək səyləri nəticə vermirdi. Prezident Trampın Serbiya və Kosovo üzrə xüsusi elçisi Riçard Qrennel deyib ki, prezident Tramp bu çıxılmaz vəziyyətdən çıxmaq qətiyyəndə idi:
“Prezident Tramp əvvəldən deyirdi ki: “Gəlin onlara iqtisadi baxımdan inkişaf etdirməyi, sənayeləri necə inkişaf etdirməli olduqlarını göstərək. Baxaq görək ki, diqqətin iqtisadiyyat və iş yerlərinin yaranması üzərində cəmləşməsi siyasi məsələləri ayıra bilərmi. Bunu görəcəyik.”
Belqrad və Pristina arasında ABŞ-ın vasitəçilik etdiyi iqtisadi normallaşdırma razılığının məqsədi iqtisadi inkişaf və iş yerlərinin yaradılması, eləcə də əməkdaşlığın konkret faydalarını göstərməkdir. Tarixi razılıq həmçinin sərhəd keçidlərini açır və Srbiya və Kosovonu bir-birilərinin diplomları və lisenziyalarını tanımağa təşviq edir.
Bundan əlavə Serbiya və Kosovi Yaxın Şərqdə sülhü təmin olunması istiqamətində genişlənən hərəkatda iştirak edirlər. Kosovo və İsrail münasibətləri normallaşdırmağa və diplomatik əlaqələr yaratmağa razılaşıblar, Serbiya isə sərifliyini Qüdsə köçürür. Bunlar Avropa və Yaxın Şərq ölkələri arasında əlaqələrin gücləndirilməsi yolunda atılan addımlardır.
Prezident Tramp Ağ Evdə Serbiya və Kosovonun bir-birilərinə qarşı keçmişdən gələn “dərin” duyğularının olduğunu bildiyini deyib, amma onları daha aydın gələcəyin gözlədiyini proqnozlaşdırıb: “Düşünürəm ki, onların gözəl münasibətləri olacaq. İqtisadiyyat onları yaxınlaşdıracaq.”