Sloveniya Hozbullahı bütövlükdə terror təşkilatı kimi tanıyıb və Hizbullahın siyasi və hərbi qolları arasındakı saxta fərqi rədd edib. Sloveniyanın Xarici İşlər Nazirliyinin bildirdiyi kimi, Hizbullah cinayətkar və terrorçu təşkilatıdır və qlobal slüh və təhlükəsizliyə təhdiddir.
Birləşmiş Ştatlar Sloveniyanı Hizbullahın Avropada fəaliyyət göstərməsinin qarşısını almaq məqsədilə bu addımı atdığına görə alqışlayır.
Sloveniya bir sıra digər Avropa hökumətlərinin, o cümlədən Birləşmiş Krallıq, Litva, Kosovo və Estoniyanın izi ilə irəliləyir. Onlar da son illərdə Hizbullahı terror təşkilatı təyin etmək, məhdudlaşdırmaq və ya qadağan etmək üçün əhəmiyyətləi addımlar atıblar.
1982-ci ildə İran rejimi tərəfindən yaradılan Hizbullah siyasi, hərbi, terrorçu və cinayətkar qollardan ibarət pis niyyətli şəbəkə inkişaf etdirib. Hizbullah on minlərlə döyüşçüdən ibarət və 13 min raketlə silahlanmış güclü terror qüvvəsi yaradıb. Bundan əlavə Hizbullah Latın Amerikasından tutmuş Avropa, Yaxın Şərq və Asiyanı əhatə edən beynəlxalq terror və cinayət təşkilatı qurub.
Hizbullah Avropanın maraqlarına qarşı terror və terrorla əlaqəli hücumlar etmək tarixinə malikdir. Təşkilat 1980-ci illərdən bəri Livan və Avropada, o cümlədən Fransa, İspaniya, Almaniya, Bolqarıstan və Kiprdə bir sıra terror hücumları həyata keçirib. Hizbullah Avropa torpağında terror əməllləri üçün geniş infrastruktur yaradıb və Avropa boyu narkotik qaçaqmalçılığı, çirkli pulların yuyulması və kibercinayətk kimi cinayətkar maliyyə şəbəkələri idarə edib. Hizbullah hətta 1990-cı illərin əvvəlində Bosniya müharibəsində döyüşməyə əməliyyatçılarını göndərib.
Tramp administrasiyası beynəlxalq icmanı Hizbullahın pis əməllərinə qarşı açıq tədbirlər görmək və İranın dəstəklədiyi Hizbullahn onların ərazilərində fəaliyyət göstərməsinin qarşısını almağa inandırmaq üçün diplomatik addımlar atıb.
“Biz Avropaya xüsusi diqqət ayırırıq,” dövlət katibi Mayk Pompeo qeyd edib. Dövlət Departamentinin apardığı diplomatik kampaniya nəticə verib. Belə ki, altı Avropa ölkəsi son ildə Hizbullada məhdudiyyətlət tətbiq edib, digər Avropa hökumətləri isə yeni tədbirləri nəzərdən keçirirlər.
Birləşmiş Ştatlar Sloveniya və digər Avropa ölkələrinin atdığı addımları Hizbullahın Avropa qitəsində mövcudluğunu aradan qaldırmaq yolunda irəliləyiş olaraq görür və alqışlayır.