Accessibility links

Breaking News

Suriya münaqişəsinin 10-cu ildönümü


Civilians carry a young victim at the scene of an explosion in the town of Azaz in the rebel-controlled northern countryside of Syria's Aleppo province,on January 31, 2021.

On il əvvəl Suriya xalqı dinc yollarla küçələrə axışaraq hökumətin korrupsiyasına son qoyulmasına və insan haqlarına hörmət edilməsinə çağırmışdı. Hərbi qüvvələrin dinc, demokratiya tərəfdarı nümayişçilərə atəş açması ilə Əsəd rejimi tərəfindən onlarınqanuni istəkləri zorakılıqlarla yatırılmışdı.

Son 10 ildə yüz minlərlə suriyalı öldürülüb, 100000-dən çox adam həbs edilib və milyonlarla insan evlərindən didərgin düşüb.

BMT Baş katibi Antonio Quterreş bildirib ki, Suriyadakı dağıntıların dərəcəsini tam olaraq anlamaq mümkün deyil. Lakin o, Suriya xalqının bu əsrdə dünyanın şahidi olduğu ən böyük cinayətlərə məruz qaldığını bildirib.

Əsəd rejiminin əməlləri kimyəvi və kasetli bomba hücumları, məhkəmədənkənar qətllər, özbaşına həbslər, işgəncə və münaqişədə uşaqlardan istifadəni əhatə edir.

Baş katib Quterreş BMT-nin Təhlükəsizlik Şurasının siyasi keçidə gedən yol xəritəsini təsdiqləyən 2254 saylı qətnaməsinə uyğun olaraq danışıqlar yolu ilə siyasi həll yolunu davam etdirəcəyini bildirib. Qətnamə azad və ədalətli seçkilər, özbaşına həbs edilənlərin dərhal azad edilməsinə çağırır.

ABŞ da siyasi həll yoluna sadiq qalır. Suriya qiyamının başlamasının onuncu ildönümündə ABŞ Dövlət katibi İngiltərə, Fransa, Almaniya və İtaliyanın Xarici İşlər nazirləri ilə birgə bəyanat verərək, BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsinə əsasən, bütün suriyalıların hüquqlarını və gələcək rifahını qoruyan dinc həll yolu axtarmağa çağırıb.

Bəyanatda deyilir ki, hərtərəfli siyasi prosesə və Suriya xalqının repressiyasına son qoyulmasına dair dəqiq irəliləyişlər vacibdir.

"Bu faciənin daha bir on il davam etməsinə yol verə bilmərik."

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays brifinqdə Bəşar Əsədin Suriyadakı əzabların və humanitar fəlakətin mərkəzində olduğunu vurğulayıb.

“Öz xalqına vəhşicəsinə davrandığı üçün itirdiyi legitimliyini bərpa etmək üçün heç bir şey etməyib. Suriyada tezliklə qarşıdurmaya son qoyulmadığı tədiqdə ABŞ-ın Suriya hökuməti ilə münasibətlərini normallaşdırmasından söhbət gedə bilməz. Suriya hökuməti davranışlarını dəyişdirməlidir. Biz isə suriyalıların əzablarına son qoyacaq siyasi bir həll axtarmaqla yanaşı, humanitar vəziyyəti dəstəkləməyə çalışacağıq" - deyə, Prays əlavə edib.

XS
SM
MD
LG