Əsəd rejimi yalandan Suriya münaqişəsinin bitdiyini iddia etmək üçün Rusiyanın dəstəyi ilə təhlükəyə açıq milyonlarla qaçqından kukla kimi istifadə etmək istəyir.
Suriya on ilə yaxın insanlarından ən dəhşətli yollarla sui-istifadə edib. Rejim Bəşər Əsədin rəhbərliyi ilə dinc etirazçılara tanklar və silahlarla hücum edib. Rejim sakinlərin üzərinə benzin və partlayıcılarla dolu barel bombaları atıb və məhəllələri və kəndləri zəhərli qazlarla boğub. Suriya vətəşları şikəst edilib, işgəncə məruz qalıb və aclıq, kimyəvi maddələr və yanğınlar nəticəsində öldürülüb. Suriyada mülki vətəndaşlar müharibənin qurbanları deyil, hədəfləri idilər və hələ də hədəf olmağa davam edirlər.
Nəticədə müharibədən öncəki 23 milyon əhalidən təxminən 500 000-i öldürülüb, 6.5 milyonu ölkə daxilində didərgin düşün, 5.6 milyon insan isə qonşu ölkələrə qaçıb. Amma indi bu vəhşiliklərin icraçısı olan Əsəd qaçqınları Suriyaya geri dönməyə çağırır. Onu dəstəkləyən Rusiya Prezidenti Vladimir Putin də bu çağırışları təkrarlayır.
Əsəd və Putin bu yaxınlarda uriya və Rusiyanın Dəməşqdə keçirdiyi qaçqın konfransında vətəndaş müharibəsinin başa çatdığını və böyük hissəsi dağılmış lkənin bir çox yerində sülhün bərqərar olduğunu təkid ediblər. Eyni zamanda isə Rusiya müharibənin dağıtdığı ölkənin qaçqınlar dönmədən bərpa edilməli olduğunu deyib və bildirib ki, qaçqınlar yalnız Qərb Suriyanı bərpa etmək üçün pul ödəməyə hazır olduğu təqdirdə ölkələrinə dönə biləcəklər. Bu, Rusiyanın şirkətlərinin yenidən qurma işləri üzrə müqavilələri bağlamasına yardım etməklə ölkəsinə pul cəlb etmək cəhdidir.
Qaçqınlar Əsədin vədlərinə inanmırlar. Qərb ölkələri də ona inanmırlar və israr edirlər ki, yenidən qurma üçün maliyyə bütün siyasi məhbuslar azadlığa buraxıldığı, suriyalıların təhlükəsizliyi təmin olunduğu və Suriyanın siyasi prosesi legitim olduğu zaman təklif olunacaq.
“Əsəd rejimi yalandan Suriya münaqişəsinin bitdiyini iddia etmək üçün Rusiyanın dəstəyi ilə təhlükəyə açıq milyonlarla qaçqından kukla kimi istifadə etmək istəyir,” Dövlət Departamentinin sözçüsü Keyl Braun yazılı bəyanatından bildirib.
“Əsəd rejimi 500 000 vətəndaşının ölümünə, çox sayda xəstəxananın bombalamasına, milyonlarla Suriya vətəndaşına humanitar yardımın verilməməsinə görə məsuliyyət daşıyır. Bunlar qaçqınların nə zaman təhıükəsiz şəkildə dönməli olduğu ilə bağlı qərar verməsinə etibar ediləcək hökümətin edəcəyi əməllər deyil, Əsədə isə yenidən qurma işləri üçün beynəlxalq maliyyə yardımını idarə etmək səlahiyyəti verilməməlidir,” o deyib.
“Birləşmiş Ştatlar Suriya xalqına və Suriya münaqişəsinin siyasi həllinə aparan yeganə yol olan BMT Təhlükəsizlik Şurasının 2254 nömrəli qətnaməsinə sadiq qalmağa davam edir."