Accessibility links

Breaking News

Suriyaya qarşı əlavə sanksiyalar


Əsəd rejiminin 2015-ci ildə İran və Rusiyanın dəstəyi ilə Suriyanın Duma şəhərində insanların çox olduğu bazara raketlər atması nəticəsində ölən və yaralanan kişi, qadın və uşaqların şəkilləri ürək parçalayır. Oktyabrın 30-da baş verən hücumda yetmiş mülki vətəndaş ölmüş, 500-çox insan yaralanmışdı. Onlar Bəşər Əl Əsədin son doqquz il yarımda Suriya xalqına qarşı apardığı müharibənin ağır bədəlinin faciəvi xatırlatmasıdırlar.

ABŞ Dövlət və Maliyyə Departamentləri noyabrın 9-da Duma və Əsəd rejiminin həyata keçirdiyi digər kütləvi vəhşiliklərinin qurbanlarının xatirəsini anmaq məqsədilə 2019-cu il Sezar Suriya Mülki Vətəndaşlarının Müdafiəsi Aktı və başqa qanunlar altında 19 şəxsə və müəssisəyə sanksiya tətbiq edib.

Dövlət Departamenti Suriyada atəşkəsi pozmaq cəhdlərinə görə İranla əlaqəli Əsəd tərəfdarı yarı-hərbi dəstə olan Milli Müdafiə Qüvvələrini və onun komandirlərindən biri Saqr Rostroma sanksiya qoyub.

Maliyyə Departamentinin Xarici Aktivlərə Nəzarət İdarəsi Suridya ordusunun rəsmilərinə, Suriya Parlamentinin üzvləri, Suriya hökümətinin qurumları və Əsədin neft sənayesinin bərpa etməyə çalışan suriyalı və livanlı şəxslərə qarşı da tədbir görüb.

Dövlət katibi Mayk Pompeo bəyanatında “Administrasiyanın sanksiyaları Əsəd rejiminin Suriyadakı qurumları nə qədər rüşvətə qərd etdiyi vurğulayır.”

Xəzinə katibi Stiv Mnuçin də həmçinin Maliyyə Departamentinin “Əsəd rejimi və tərəfdarlarına rejimin yürütdüyü repressiyaya görə iqtisadi təzyiqləri tətbiq etdirməyi davam etmək qətiyyətindədir.”

Sanksiya tətbiq olunan 19 şəxs və qurumla iş aparanlar özləri də sanksiya riski ilə üz-üzə olsalar da, dövlət katibi Pompoe açıq bildirib ki, bu sanskiyalar həqiqi humanitar məqsədlə aparılan ticarət, yardım və ya fəaliyyətləri dəhəf almır və Birləşmiş Ştatlar höküməti Suriya xalqını humanitar yardımla təmin etməyə davam edəcək.

"Birləmiş Ştatlar Suriya xalqının BMT Təhlükəsizlik Şurasının 2254 nömrəli qətnaməsinə müvafiq qaydada münaqişəyə davamlı həll yolu tapmaq tələbinə cavab verməyə sadiqdir. Bu məqsədlə biz BMT-nin xüsusi elçisi Geir Pedersonujn ümummilli atəşkəsə, siyasi məhbuslar və dustaqların azadlığa buraxılmasına, yeni konstitusiyanın hazırlanmasına, babelə BMT-nin müşahifəsi altında azad və əlalətli seçkilərin keçirilməsinə dair çağırışını dəstəkləyirik,” Pompeo deyib.

“Əsəd rejiminin seçimi var ki, bu, ya demək olar on ildir davam edən bu münaqişənin dinc yolla həll olunması yolunda qəti addımlar atmaq, ya da əlavə sarsıdıcı sanksiyalarla üzləşməkdir.”

XS
SM
MD
LG