Oktyabrın 28-də Birləşmiş Ştatların Ədliyyə Departamenti səkkiz nəfərə Birləşmiş Ştatlarda Çin Xalq Respublikasının agenti kimi fəaliyyət göstərmək cəhdinə görə ittiham irəli sürüb. Təqsirləndirilən şəxslərin “Tülkü Ovu Əməliyyatı” adlı qlobal səy çərçivəsində ABŞ sakinlərini Çin Xalq Respublikasına geri dönməyə vadar etmək üçün onları izlədikləri, təqib etdikləri və şantaj etdikləri iddia olunur.
Onların beşi Birləşmiş Ştatlarda həbs olunub, digər üçü isə axtarılır.
Baş prokurorun Milli Təhlükəsizlik üzrə müavini Con Demers deyib ki, “biz bu ittihamlarla Çin Xalq Respublikasının ‘Tülkü Ovu Əməliyyatı’nı alt-üst çevirdik – belə ki, ovçular ovlandılar, təqib edənlər təqib olundular.”
Federal Təhqiqat Bürosunun (FBI) direktoru Kristofer Rey mətbuat konfransı zamanı “Tülkü Ovu”nun Çinə geri dönməyi rədd edən hədəflərinin başlarına gələnləri təsvir edib:
“Onların həm Birləşmiş Ştalarda, həm də Çindəki ailə üzvləri təhdid edilib, məcbur edilib, Çindəkilər isə həbs olunub. Bu, bizim məntiqli bir ölkədən gözlədiyimiz əməllər deyil. Onun əvəzinə bu bizim mütəşəkkil cinayət sindikatından gözləyəcəyimiz əməldir.”
“Tülkü Ovu” Çin Xalq Respublikasının göstərişi və nəzarəti altında aparılan qlobal və qanunsuz repatriasiya cəhdidir. Çin Xalq Respublikasının taktikalarına nəzarət və hədə-qorxu daxildir və təqsirləndirilənlər Çin Xalq Respublikasının Çinə qayıtmalarını zəruri edən iqtisadi və ya başqa cinayətlər törətdiklərini iddia etdiyi şəxsləri məcbur etmək üçün gizli və qanunsuz davranışlara əl atmaqda ittiham olunurlar.
Federal Təhqiqat Bürosunun direktoru Rey deyib ki, Birləşmiş Ştatların gördüyü tədbirlər Çin xalqını və ya çinli amerikalıları hədəf almır. “Bizi Çn hökümətinin və Çin Kommunist Partiyasının əmri ilə törədilər cinayət əməlləri narahat edir.”
FBI və onun ABŞ hökümətindəki həmkarları Çin Xalq Respublikasını cavabdeh tutacaq və ABŞ sakinlərini ABŞ sərhədləri çərçivəsində bu cür töhmətə layiq əməllərdən qoruyacaq.