Accessibility links

Breaking News

İsrail və Ukraynada insanlıq və demokratiya uğrunda mübarizə


ABŞ Prezidenti Co Bayden
ABŞ Prezidenti Co Bayden

Prezident Co Bayden HƏMAS-ın 1300-dən çox insanı qətlə yetirdiyi və onlarla girov götürdüyü dəhşətli hücumundan ardınca İsrailə səfərindən dönəndən sonra Amerika xalqına müraciət edib.

Prezident qeyd edib ki, HƏMAS-ın başlatdığı “açıq-aşkar şər” “təxminən 20 aydır davam edən müharibə Putinin tamiqyaslı hərbi müdaxiləsi başladığı vaxtdan bəri çox ağır yaralanan insanlar olan Ukrayna xalqının məruz qaldığı təxminən 20 ay davam edən müharibə, faciə və vəhşiliyin əks-sədasıdır”:”

“HƏMAS və Putin fərqli təhlükələri təmsil edir, amma onları ortaq cəhəti var: onlar ikisi də qonşu demokratiyanı məhv etmək istəyir – tamamilə məhv etmək,” o deyib.

“HƏMAS – onun mövcud olması üçün bəyan etdiyi məqsədi İsrail Dövlətinin məhv edilməsi və yəhudi xalqının öldürülməsidir. HƏMAS fələstinli xalqı təmsil etmir. HƏMAS fələstinli mülki şəxslərdən canlı qalxan kimi istifadə edir və günahsız fələstinli ailələr onlara görə böyük əzablar çəkir.”

Bu arada isə, Prezident Bayden deyib ki, Putin ukraynalıların kütləvi məzarlıqlarına və minlərlə ukraynalı uşağın məcburi şəkildə ailələrindən ayrılmasına görə məsuliyyət daşıyır; Putin Ukraynanın indi və nə zamansa real dövlətçiliyinin mövcud olduğunu inkar edir.

“İsrail və Ukraynanı “İsrail və Ukraynanın uğur qazanacağından əmin olmaq Amerikanın milli təhlükəsizliyi üçün çox vacibdir,” Prezident deyib.

“Tarix bizə öyrədib ki, terrorçular terrorlarına görə bədəl ödəməyəndə, diktatorlar aqressiyalarına görə bədəl ödəməyəndə, onlar daha çox xaos, ölüm və dağıntıya səbəb olur. Onlar davam edir və Amerika və dünya üçün bədəl və təhlükələr artmağa davam edir,” o deyib.

“Dünyanı bir arada tutan şey Amerikanın rəhbərliyidir,” Bayden deyib. “Amerika ittifaqları bizi, Amerikanı təhlükəsiz saxlayan şeydir. Amerikanın dəyərləri bizi başqa ölkələrin birlikdə işləmək istədiyi tərəfdaş edir. Ukraynadan uzaqlaşaraq, İsrailə arxamızı çevirərək bütün bunları riskə atmaq, sadəcə olaraq buna dəyməz.”

Prezident Amerikanın milli təhlükəsizlik ehtiyaclarını maliyyələşdirmək və kritik tərəfdaşlarını, o cümlədən İsrail və Ukraynanı dəstəkləmək üçün Konqresə təcili büdcə təklifi göndərib.

“Biz HƏMAS kimi terrorçulara və Putin kimi tiranlara qalib gəlməyə imkan verə bilmərik, verməməliyik. Mən buna imkan verməkdən imtina edirəm,” Prezident Bayden deyib.

XS
SM
MD
LG