Accessibility links

Breaking News

ABŞ-ın dron hücumu İraqda Kətaib Hizbullah liderini öldürüb


İranın dəstəklədiyi militantların İŞİD-i məğlub etmək üçün yaradılan koalisiyasının bir hissəsi kimi Yaxın Şərqdə olan ABŞ qüvvələrinə 160-dan çox hücumlarına cavab olaraq, Birləşmiş Ştatlar fevralən 2-də İraq və Suriyada İran İslam İnqilabı Keşikçiləri Korpusu və onunla əlaqədar qrupların istifadə etdiyi onlarla hədəfə hava hücumları edib. Hədəflərə idarə və nəzarət mərkəzləri, raketlər, pilotsuz uçuş aparatları, anbarlar və sursat təchizat zənciri byektləri daxil olub.

Prezident Co Bayden İran İslam İnqilabı Keşikçiləri Korpusu və əlaqəli qruplar tərəfindən istifadə edilən həmin obyektlərə və sursatlara hücumları yanvarın 26-da İordaniyada İŞİD əleyhinə missiyaları səbəbilə ABŞ qüvvələrinə ev sahibliyi edən bazaya hücum nəticəsində üç amerikalı əsgərin ölüb, onlarla əsgərinin yaralanmasından sonra təsdiqləyib. O həmçinin xəbərdarlıq edib: “Bizə zərər vermək istəyən hamı bunu bilsin: Amerikalıya zərər versəniz, biz cavab verəcəyik.”

Fevralın 7-də həmin cavab tədbiri Bağdadda Kətaib Hizbullah komandirinin ölümü ilə nəticələnib. Pentaqon onun Əbu Baqir Əl-Səadi kimi tanınan Vissam Məhəmməd Sabir Əl-Səadi olduğunu bildirib. Birtərəfli dron zərbəsi saat 21:30-da, Əl-Səadi Bağdad küçələrindən birində maşınla hərəkət edərkən baş verib. ABŞ Mərkəzi Komandanlığı, “Hazırda təsadüfi ziyaı və ya mülki itkinin olduğuna dair heç bir əlamət yoxdur” deyə bir bəyanat verib.

Dövlət Departamentinin sözçüsünün baş müavini Vedant Patel bildirib ki, İranla əlaqəsi olan Kətaib Hizbullah qruplaşması terrorçu təşkilatıdır.

“Bu komandir bölgədə ABŞ qüvvələrinə qarşı hücumların planlaşdırılması və iştirakında birbaşa məsuliyyət daşıyırdı. Biz demişik ki, özlərini İraqda İslamçı Müqavimət adlandıran qruplar tərəfində ABŞ və koalisiya qüvvələrinə dair hücumlar dayandırılmalıdır. Ona görə də, biz bu qruplaşmalar tərəfindən təhlükələr və hücumlar davam etsə, biz onları cavabdeh tutmaq üçün müvafiq addımlar atmağa davam edəcəyik,” o deyib.

Strateji Kommunikasiyalar üzrə Milli Təhlükəsizlik Koordinatoru Con Kirbiyə Birləşmiş Ştatların İordaniyada amerikalıların ölümü ilə nəticələnən hücumlara görə cavab zərbələrinin başa çatıb-çatmadığına dair suala cavab olaraq deyib ki, “Gözləyib görməli olacaqsınız.”

Pentaqonun sözçüsü general-mayor Pat Rayder ABŞ qüvvələrinin İraq və Suriyada diqqət mərkəzində İŞİD-in davamlı məğlubiyyətinin olduğunu vurğulayıb. Ancaq o açıq bildirib ki, “Birləşmiş Ştatlar insanlarımızı qorumaq üçün lazım olan tədbirləri görəcək. Və biz qüvvələrimizin təhlükəsizliyinə hədə olan hamını cavabdeh tutmaqdan çəkinməyəcəyik.

XS
SM
MD
LG