Accessibility links

Breaking News

ABŞ-ın Türkiyə və Suriyaya zəlzələ yardımı


Türkiyə.
Türkiyə.

Fevralın 6-da Türkiyə və Suriyada baş verən 7.8 bal gücündə zəlzələ nəticəsində 45 mindən çox insan ölüb, onlarla insan yaralanıb. Zəlzələ gecə yarısı baş verib. Bu isə o deməkdir ki, insanların çoxu zəlzələ anında yataqlarında olublar və bu səbəblə də evlərinin dağıntıları altına qalıblar.

Yardım komandaları sağ qalanlara kömək etməyə çalışdığı bir vaxt, yardım agentlikləri xəbərdarlqı edir ki, qarlı və soyuq hava, habelə su, rabitə və elektrik çatışmazlığı onların yardım səylərinə əngəl olur. Türkiyə hökuməti, aö dəbilqəlilər və medianın məlumatına görə, Suriya və Türkiyədə 100 mindən çox insan yaralanıb. Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin Osmaniye şəhərində çıxışında bildirib ki, zəlzələ nəticəsində 12 mindən çox bina dağılıb. Türkiyədə 20-dən çox ölkədən komandalar yerli fövqəladə yardım işçilərinə xilasetmə və bərpa işlərində yardım edir.

Suriya rejiminin ölkəyə beynəlxalq yardımın gətirilməsinə qoyduğu məhdudiyyətlər səbəbilə Suriyaya yardım çatdırmaq daha çətindir. BMT-nin Türkiyədən Suriyanın şimal-qərbinə yardım çatdırmasına icazə verildiyi sərhəd keçidi zəlzələdən sonra müvəqqəti bağlanmışdı ki, bu da yardım səylərinə mane olurdu. BMT-nin yardım karvanı zəlzələdən sonra ilk dəfə nəhayət fevralın 9-da Türkiyədən Suriyanın şimal-qərbinə keçə bilib.

Dövlət katibi Antoni Blinken Türkiyə və Suriyada “inanılmaz və şokedici dərəcədə” həyat itkisi səbəbilə başsağlığını çatdırıb.

“Biz, və düşünürəm ki, dünya boyu bütün insanlarla birlikdə ölənlərə görə yas tuturuq və dualarımız sevdiklərini itirənlərlədir,” o deyib.

Dövlət katibi Blinken Birləşmiş Ştatların edəcəyi yardımları qeyd edib:

“Biz Türkiyəyəyə indiyədək 150-dən çox axtarış və xilasetmə personalı göndərmişik. ABŞ helikopterləri çıxışın çətin olduğu ərazilərə çatmağa yardım edirlər. Suriyada illər boyu maliyyələşdirdiyimiz və zəlzələ baş veərndən bəri həyat qurtaran yardımlar edən Ağ Dəbilqəlilər kimi QHT tərəfdaşlarımız var. Hər iki ölkəyə təcrübəli fövqəladə hallar üzrə idarəçilər, təhlükəli materiallar üzrə texniklər, mühəndislər, logistiklər, paramediklər, layihəçilər və başqalarını, həmçinin təxminən 77,000 kiloqram xüsusi alət və avadanlıqlar göndərmişik.”

“Biz önümüzdəki günlər, həftələr və aylarda bu zəlzələlərin təsirinə məruz qalanlara yardım etmək üçün əlimizdən gələni etməyə qərarlıyıq,” Blinken deyib.

XS
SM
MD
LG